Smartfon istifadəçilərinin sayı 3 dəfə çoxalacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı Ericsson şirkəti ekspertlərinin proqnozlarına görə, yaxın 6 ildə smartfon istifadəçilərinin sayının 3 dəfə artacağı gözlənilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2019-cu ilin sonunadək mobil rabitə abunəçilərinin sayı 4 dəfə artaraq 9,3 milyard nəfərə çatacaq. Bununla yanaşı, bu müddət ərzində smartfon istifadəçilərinin sayı inkişaf etməkdə olan ölkələrdə bu qurğulara olan tələbat sayəsində 1,9 milyarddan 5,6 milyardadək artacaq.
Ericssonun vitse-prezidenti və strategiya üzrə direktoru Duqlas Cilstrep smartfonların bazara nüfuz etməsinin artım tempini yüksək qiymətləndirib. Onun sözlərinə görə, dünyada ilk bir milyard smartfonun yaranmasına 5 ildən çox vaxt lazım olub, halbuki 2 milyardlıq nəticəyə 2 ilə - 2014-cü ildə nail olunacaq.
Altı ildən sonra smartfon istifadəçiləri 10 ekzabaytlıq veb-trafikdən istifadə edəcək ki, bu da hazırkı göstəricidən 10 dəfə çoxdur. Mobil trafikin yarıdan çoxu videokontentin payına düşəcək, sosial şəbəkələr və internet servisləri 10 faizlik paya sahib çıxacaq.
Ericsson-un hesabatında qeyd olunur ki, 2013-cü ilin üçüncü rübündə smartfonların payı 55 faizə çatıb və mobil şəbəkələrə qoşulmalarda bu qurğuların payı 25-30 faiz təşkil edir.
Strategy Analytics şirkəti analitiklərinin məlumatına görə, ötən rübdə smartfonların tədarük həcmi illik hesablamada 45 faiz artaraq 251,4 milyon ədədə çatıb ki, bu da dünya mobil telefonlar bazarının ümumi həcminin 60 faizinə uyğundur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?
-
Ən güclü Android telefonlar
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





