Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət açıq aparat platforması yaratmağı və qurğular üçün modullar istehsal edəcək kənar istehsalçıları da cəlb etməyi qarşısına məqsəd qoyub. Motorola qışda istehsalçılar üçün dərslik buraxacaq.
Modul prosessor, ekran, klaviatura, batareya və ya əlavə qurğulardan ibarət ola bilər.
Smartfonun endoskeleti (daxili əsası) modulları bir yerdə saxlayacaq.
Köhnə modul sıradan çıxdıqda və ya dövrlə ayaqlaşmadıqda istifadəçi onu başqa modulla əvəz edə bilər. Bundan başqa, telefonunun funksionallığını genişləndirmək üçün əlavə modullar daxil etmək olar.
Xatırladaq ki, Motorola Mobility Google şirkətinə məxsusdur.
Milli.Az