Mobil telefon

iPhone, Android və BlackBerry sahiblərinin tipik vərdişləri - ARAŞDIRMA

2 Avqust 2013 19:57
0 Şərh     Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
iPhone smartfonunun sahibləri daha çox özündənrazıdırlar, geyim və xarici görünüşə daha çox pul xərcləyirlər. BlackBerry aparatının sahibləri daha çox pul qazanırlar və uzunmüddətli münasibətlərə daha meyillidirlər, Android smartfonundan istifadə edən insanlar orta hesabla daha yaxşı davranış tərzinə malikdirlər. Üç aparıcı brendin 2000 istifadəçisinin gündəlik vərdişlərini araşdırmış TalkTalk Mobile şirkətinin tədqiqatçıları belə nəticəyə gəliblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, müşahidələrə əsasən, iPhone smartfonuna malik insanlar öz imiclərinə xüsusi önəm verirlər və özlərini başqa aparat sahibləri ilə müqayisədə daha cazibədar hesab edirlər. Onlar daha çox səyahət edir və sosial mediada əlaqə saxlayırlar.

BlackBerry sahibləri daha işgüzardırlar: daha çox mesaj və elektron məktub göndərir, daha çox zəng edirlər. Onlar, həmçinin ildə orta hesabla 4000 dollar qazanırlar. Həmçinin başqa insanlarla sabit münasibətlər qura bilirlər və çoxlu dostları var.

Android sahibləri başqa aparat sahibləri ilə müqayisədə daha çox televizor izləyir və spirtli içki içirlər. BlackBerry sahibləri daha çox çay və kofe içirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.