Milli.Az ICTnews-a istinadən bildirir ki, müşahidələrə əsasən, iPhone smartfonuna malik insanlar öz imiclərinə xüsusi önəm verirlər və özlərini başqa aparat sahibləri ilə müqayisədə daha cazibədar hesab edirlər. Onlar daha çox səyahət edir və sosial mediada əlaqə saxlayırlar.
BlackBerry sahibləri daha işgüzardırlar: daha çox mesaj və elektron məktub göndərir, daha çox zəng edirlər. Onlar, həmçinin ildə orta hesabla 4000 dollar qazanırlar. Həmçinin başqa insanlarla sabit münasibətlər qura bilirlər və çoxlu dostları var.
Android sahibləri başqa aparat sahibləri ilə müqayisədə daha çox televizor izləyir və spirtli içki içirlər. BlackBerry sahibləri daha çox çay və kofe içirlər.
Milli.Az