Kulinariya

Qazan kotleti - VİDEO

8 Dekabr 2020 22:57
Baxış: 3 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az kayzen.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Qazan kotleti üçün ərzaqlar:

  • 500 q çəkilmiş ət
  • 3 ədəd baş soğan
  • 4-5 ədəd kartof
  • 2 ədəd şirin bibər
  • 3 ədəd pomidor
  • 3 x.q əridilmiş kərə yağı
  • 1/2 st su
  • 1 balaca dəstə (keşniş, şüyüd, reyhan)
  • Duz
  • Istiot

Qazan kotletinin hazırlanması:

  • Bütün tərəvəzləri təmizləyib yuyuruq. Soğanın ikisini ətlə bir maşından keçirib üstünə duz və istiot töküb qarışdırırıq.
  •  Bir ədəd soğanı nazik halqa doğrayırıq.
  •  Kartofu halqa doğrayırıq.
  •  Pomidoru halqa doğrayırıq.
  •  Bibəri ya halqa ya da nazik uzun doğrayırıq.
  •  Qazana birinci ətdən kotletlər düzəldib düzürük.
  • Ətin üstünə kartofu düzürük.
  • Kartofun üstündən soğanı tökürük.
  • Soğanın üstünə bibəri tökürük.
  •  Bibərin üstünə pomidorları düzürük.
  •  Üstünə duz, istiot, yağ və su töküb yeməyi vam odda bişməyə qoyuruq.
  •  Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.

Kulinariya xəbərlərini həmçinin bizim Facebook-dakı Mətbəx bölməsində də izləyə bilərsiniz

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.