Kulinariya

15 dəqiqədə hazırlaya biləcəyiniz 3 şirniyyat

15 İyun 2018 07:00
19 Şərh     Baxış: 4 640

Dadlı şirniyyatlar hər kəsin sevimlisidir. Xüsusən də tez və asan hazırlanan şirniyyatlar xanımların köməyinə yetişir. 

Milli.Az axşam.az-a istinadən cəmi 15 dəqiqədə hazırlaya biləcəyiniz 3 asan şirniyyatın reseptini təqdim edir:

1. Banan və şokoladlı tost

Tərkibi:

4 dilim tost çörəyi

1 x/q kərə yağı

80 qr şokolad

1 ədəd banan

Bəzək üçün:

1 x/q şəkər kirşanı

Hazırlanma qaydası:

Tost çörəklərinin bi tərəfinə kərə yağı çəkin. Kərə yağı daha yaxşı ərisin deyə tost çörəklərini öncədən azacıq isidin. Yağlanmış çörək dilimlərini teflon və qaynar tavada, orta istilikdə üzəri qızılı rəng alana qədər qızardın. Bananı qalın dilimlər şəklində kəsin. Kərə yağında qızardılmış dilimləri bir boşqaba qoyun və üzərinə öncə şokolad parçalarını, daha sonra isə banan dilimlərini yerləşdirin. Digər çörək dilimi ilə üzərini örtün. Şokolad parçalarının tam əriməsi üçün hazır məhsulu tost maşınında basın.

İsti şokolad içkisi

Tərkibi:

1 qaşıq şokolad yağı 

1 stəkan süd

Hazırlanma qaydası: 

Südlə şokolad yağını fincana əlavə edib qarışdırın, hazır qarışımı mikrodalğalı sobada isidin. Mikrodalğalı sobanız yoxdursa, südü kiçik qazanda qaynayana qədər isidib içərisinə 1 qaşıq şokolad yağını əlavə edərək tam əriyənədək qarışdırın. İsti-isti süfrəyə verin.

Kök keksi

Tərkibi:

6 əd böyük ölçülü kök

10 əd xurma

3 x/q aqava siropu

2 x/q yulaf əzməsi

2 x/q kətan toxumu

1 ç/q qoz ləpəsi

1 x/q darçın

Üzəri üçün:

2 x/q rəndələnmiş kokos.

Hazırlanma qaydası:

Köklərin qabıqlarını təmizləyin, iri dilimlərə bölün. Xurmaların tumlarını çıxarıb kiçik parçalara ayırın. Qoz ləpələrini kiçik parçalara bölün. Daha sonra bütün məhsulları birləşdirin. Üzərinə yulaf əzməsi, aqave siropu və darçını da əlavə edin və bütün məhsulları yaxşıca qarışdırın. Hazırladığınız qarışımı istədiyiniz qəliblərə yerləşdirib 10 dəqiqə soyuducuda saxlayın.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    melek b · 15 İyun 07:0320

    hamiya salamlar.bayraminizi tebrik edirem.

    Cavab yaz
  • Anonim
    asi · 15 İyun 08:3250

    Hamıya salam.. Pomidor yumurta resepti versəydiniz, bundan maraqlı olardı))...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 İyun 09:1310

    3-ü birinə dəyməz. bu ne yaaaa kök keksi emim qizi 2 günden 1 bisirir amma yulaf, kakos ,darcin, aqava, vurmur hec ehtiyyacda yoxdu ustune qlazur edirsen superr olur.

    Cavab yaz
  • Anonim
    İka.e · 15 İyun 09:5450

    Salam əzizlərim Paro,Asi,Əsranur,Esra,Mələk b,Ebru,Yagmur,Suzan,Sevil❤,orxideya hər birinizin bayramını təbrik edirəm.Moderator sizində bayramınız mübarək.Bu günün şirniyyatı isə bəllidir Halva)

    Cavab yaz
    • Anonim
      melek b · 15 İyun 12:4020

      cox saq olun Ika.e xanim .sizinde bayraminizi tebrik edirem.Asinin bayramin fotoda tebrik etmisem

      Cavab yaz
      • Anonim
        asi · 15 İyun 18:2210

        Mən də gəlmişkən elə burda çox sağ ol deyirəm sənə).. Yorğun adamam, mağaza gəzməkdən ayaqlarım bədənimdən imtina edib))..Sənin də bayramın mübarək..

        Cavab yaz
        • Anonim
          melek b · 15 İyun 19:0600

          Asi |(*********)

          Cavab yaz
    • Anonim
      Ebru ❤️ · 15 İyun 13:0430

      Çox sağ ol İka e,mende seni ve ezizlerini ürekden tebrik edirem,Allah bütün dualarını arzularını qebul elesin amin.Sene uzun ömür ve qadın xoşbextliyi arzu edirem ❤️Den gözel qız,bayramın mübarek.(***)❤️❤️

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 İyun 14:3110

        Cox saq ol Ika e Sizinde bayraminiz mubarek olsun Allah caninizi saq omrunuzu uzun etsin Xosbext olun.

        Cavab yaz
    • Anonim
      Paro · 15 İyun 15:2900

      Salam Ika.Cox sagol.Senin de bayramin mubarek.Butun werhcilerin de.

      Cavab yaz
    • Anonim
      asi · 15 İyun 18:1900

      Çox sağ ol Ika..Sənin də bayramın mübarək..Halva dedin halva istədim)). Di indi bir qab gətir çay içim))..

      Cavab yaz
      • Anonim
        İka.e · 15 İyun 18:5900

        Baş üstə asi, özüdə umac halvası)

        Cavab yaz
        • Anonim
          asi · 15 İyun 21:3200

          Başın həmişə var olsun)..Bəh-bəh, umac halvası kərə yağla, ❤-yim getdi)))...Umac halvasında ən çox sevdiyim qabın kənarına çıxan yağdı)) .Həmişə birinci boşqabın kənar hissəsindən yeyirəm halvanı, hərtərəfli))..

          Cavab yaz
          • Anonim
            İka.e · 16 İyun 13:3200

            Təşəkkür asi)

            Cavab yaz
    • Anonim
      İka.e · 15 İyun 18:5800

      çox sagolun xanımlar xoş sözlərə görə...

      Cavab yaz
  • Anonim
    Üçü birinə dəyməz · 15 İyun 11:4710

    Biri də heçə

    Cavab yaz
  • Anonim
    Ebru ❤️ · 15 İyun 13:0730

    Hamıya salam,bayramınız mübarek.Asi salam xoş gördük necesen?❤️Seni bu Müqeddes Ramazan bayramı münasibetiyle ürekden tebrik edirem.Allah bütün dualarını arzularını qebul etsin amin,ve ezizlerini qorusun,evladlarının xoş günün göresen inşallah.❤️Bayramın mübarek eziz dost Asi ❤️(****)❤️❤️❤️

    Cavab yaz
    • Anonim
      asi · 15 İyun 18:2000

      Salam Ebru.Çox sağ ol, səninlə bahəm.Bütün arzuların sənin və ailən üçün də keçərli olsun..

      Cavab yaz
      • Anonim
        Ebru ❤️ · 15 İyun 19:3900

        Teşekkürler Asi ❤️❤️

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.