Kulinariya

Yaşıl çaylı peçenye - RESEPT

28 Aprel 2018 07:00
63 Şərh     Baxış: 4 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman yediyiniz peçenyelərdən bezib yeni dad axtarırsınız? Milli.Az ailem.az-a istinadən fərqli resept axtarışında olanlar üçün yaşıl çaylı peçenye reseptini təqdim edir.

Lazım olanlar:

3 xörək qaşığı kərə yağı

Yarım stəkan qəhvəyi şəkər tozu

1 ədəd yumurta
Bir paket vanil 
2 stəkan un 
Bir xörək qaşığı yaşıl çay
Bir paket qabartma tozu 
Yarım paket ağ şokolad 
Yarım paket südlü şokolad

Hazırlanması:

Otaq temperaturunda əridilmiş kərə yağının içərisinə şəkər tozunu qatıb, krem halına gələnə qədər çırpın. Yumurtaları və vanili əlavə edərək, çırpmağa davam edin. Bu sırada yaşıl çayı, qabartma tozu və unu bir qabın içində yaxşıca qarışdırın. Bu qarışımı ələkdən keçirərək, kərə yağlı qarışıma əlavə edin. Bütün ləvazimatları yoğurun və xəmiri streç kağıza sarıyıb, soyuducuda 30 dəqiqə saxlayın. 

30 dəqiqədən sonra xəmiri soyuducudan çıxarın. Kiçik kündələr götürərək, içinə şokolad parçaları qoyun. Şokolad parçaları qoyduqdan sonra peçenyelərə yuvarlaq bir şəkil verin. 180 dərəcəlik sobada 10 dəqiqə bişirin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.