Kulinariya

Novruzun əsas atributu: şəkərburanın HAZIRLANMA QAYDASI

16 Mart 2018 21:30
40 Şərh     Baxış: 14 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkərbura Novruz bayramının atributlarından biridir. Hər bir xanım istəyir ki, süfrəsini əlləri ilə naxış çəkdiyi şəkərburalar bəzəsin. Amma onu da etiraf etmək lazımdır ki, şəkərbura bişirmək, onun kənarlarını bükmək və naxışlamaq da elə asan olmur. Milli.Az ailem.az-a istinadən ləzzətli şəkərbura reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

6 yumurta,

1 kq un,

0.5 kq xama,

0.5 kq kərə yağı

İçlik üçün:

0.5 kq şəkər tozu,

0.5 kq çəkilmiş qoz ləpəsi,

0.1 q vanil,

10 q hil,

Maya,

Duz

Hazırlanma qaydası:

Yumşaldılmış yağa ələnmiş un, xama və 6 yumurtanın sarısını (hazırlanmış xəmir öz kövrəkliyini itirmir və gec xarab olur) azca duz və maya qatıb bərk xəmir yoğurub, 1-2 saatlığa isti yerə dincə qoyulur. Xəmir qalxdıqdan sonra kündələnib 2 mm qalınlıqda yayılır və 10 sm diametr ölçüdə dairələr kəsilir. Bu dairələrin arasına hazır içlik qoyulub örtülür və kənarları vintvari burulur. Ovucda saxlayaraq maqqaşla üstünə müxtəlif naxışlar salınır. Sonra hazır şəkərburalar listə düzülüb azacıq qurudulur və qızarmamaq şərti ilə sobada bişirilir.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.