Umac halvası belə bişirilir - RESEPT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan mətbəxinin ən qədim və ləzzətli şirniyyat növlərindən biri halvadır. Əsasən orucluqda və yas mərasimlərində çalınan halva əvvəllər bayram süfrələrinin də bəzəyi olub. Halvanın demək olar ki, hər bölgəmizə uyğun müxtəlif növləri var. Tər halva, çərəzli halva, səməni halvası və sair. Milli.Az ailem.az-a istinadən bu dəfə sizə umac halvasının hazırlanma qaydasını təqdim edir.
Lazım olanlar:
1 kq un
Yarım kilo kərə yağı
Şərbət üçün:
1 kq şəkər tozu
3 stəkan su
1 çay qaşığı sarıkök
Darçın (istəyə görə)
Hazırlanması:
Şərbəti bişirmək üçün suya şəkər tozu və sarıkök töküb qaynadın. Mət olduqda ocaqdan götürün.
Unun üzərinə su səpib əlinizlə ovxalayın və umac hazırlayın. Sonra bunu xırda gözlü sürtgəcdən keçirin. Ələyib ununu çıxarın, təmizlənmiş umacı quru dəsmalın üzərinə sərib qurudun.
Kərə yağını əridin, umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın. Umac sarı-qızılı rəngə çalanda və yağını buraxanda üzərinə qaynar şərbət tökün. Yaxşı qarışdırıb altını söndürün.
Servis edərkən düz boşqaba yığıb, qaşıqla üzərini naxışlaya bilərsiniz.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Eyfel qülləsinin orijinal pilləkəni hərraca çıxarılır: qiymət açıqlandı
-
Məşhur aktrisa qızı ilə bacı kimi görünür
-
Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları
-
Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO
-
Əlverişsiz hava ilə bağlı daha bir xəbərdarlıq
-
"Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib
-
Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
-
21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - TƏFƏRRÜAT - FOTO
-
"Qarabağ"dan növbəti transfer - Rəsmi
-
Bu ölkə ordusunu "Azərbaycan modeli" ilə qurur
-
PSJ-nin iki ulduz futbolçusu finalda oynamaya bilər
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bu tarixlərdə Bakıya leysan YAĞACAQ
-
Maşın tibb mərkəzinə çırpıldı
-
Bu yolda bərpa işlərinə başlanıldı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO
-
Makron Lukaşenkoya zəng etdi
-
Hava kəskin dəyişir - Güclü külək XƏBƏRDARLIĞI
-
Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı
-
Ana və körpə üçün vacib qidalar açıqlandı
-
İmtahan cavablarını buradan yoxlaya biləcəksiniz
-
Putin Qazaxıstana gedir





