Kulinariya

Qaymaqlı göbələk şorbasının HAZIRLANMA QAYDASI

7 Fevral 2018 07:00
6 Şərh     Baxış: 4 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göbələk bir çoxumuzun sevimli yemək siyahısındadır. Hələ bir də qaymaqla göbələk birləşərsə, ortaya ləzzətli bir dad çıxır. Milli.Az ailem.az-a istinadən qaymaqlı göbələk şorbasının reseptini verir.

Ərzaqlar:

300 qram göbələk
3 qaşıq qaymaq
2 qaşıq un
1 qaşıq kərə yağı

6 stəkan ət suyu, yoxdursa, adi su

1 baş soğan
Şüyüd

Duz
İstiot

Hazırlanması:

Soğanı doğrayıb qazanda kərə yağı ilə qovurun. Üzərinə daha öncədən təmizlədiyiniz göbələkləri doğrayaraq atın. Göbələklər suyunu buraxacaq. Təkrar suyunu çəkənə qədər qovurun. Üzərinə unu əlavə edin. 5-6 dəqiqə daha qovurun. Sonra suyu və istədiyiniz qədər duz əlavə edin. Orta temperaturda qarışdıraraq bişirin.

Başqa bir qabın içində qaymağı mikserlə qarışdırın. Üzərinə şorbanın suyundan bir az tökərək qarışdırın və ilıqlaşdırın. İlıq qaymağı şorbanın içinə tökün və yaxşıca qaynadın. Servis etməzdən əvvəl şüyüd və istədiyiniz başqa göyərtidən doğrayın.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.