Kulinariya

Müğənni Nura Suridən reyhan şərbətinin resepti və onun faydaları - VİDEO

8 Sentyabr 2017 07:00
8 Şərh     Baxış: 6 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reyhan şərbəti isti havalarda sərinləmək üçün ən sağlam və faydalı içkidir.

Milli.Az xəbər verir ki, reyhan şərbətinin digər əsas üstünlüyü ondadır ki, o, tez və asanlıqla hazırlanır.

Ərzaqlar:
1 dəstə reyhan
10 çay qaşığı şəkər
3 ədəd mixək
1 ədəd çubuq darçın
Limon suyu

Reyhan şərbəti necə hazırlanır?

Reyhanı içi su ilə dolu qazana qoyub üzərinə bir neçə damcı sirkə əlavə edərək mikroblarının ölməsini gözləyin. Reyhanları yaxşıca yuduqdan sonra qazan və balona töküb üzərinə 1 litr qaynar suyu, həmçinin limon suyunu, çubuq darçını, mixəyi və şəkər tozunu da əlavə edin.

Reyhan şərbəti birinci bənövşəyi, sonda isə qırmızımtıl rəng alacaq. Reyhan suyunu 15 dəqiqə ərzində qazanda saxlandıqdan sonra içindəki ərzaqları süzüb için. Servis edərkən şərbətə buz əlavə etmək olar.

Məşhur müğənni Nura Suri isə reyhan kompotunu özünəməxsus şəkildə hazırlayır. Yemək hazırlamağın bir mədəniyyət olduğunu deyən və bundan zövq aldığını deyən ifaçı rehyan kompotuna gavalı da əlavə edir. İfaçı kompotun hazırlanma qaydasının görüntülərini sosial şəbəkədə paylaşıb. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nura Suridən rehyan kompotunun resepti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.