Kulinariya

Cəmi 4 ərzaqla hazırlanan tort - ASAN RESEPT

26 May 2017 07:00
18 Şərh     Baxış: 9 680

Sadəcə 4 ərzaqla və əziyyət çəkmədən tort bişirmək fikrinə necə baxırsınız? Qəfildən evə qonağınız gəlsə, ya da ürəyinizə şirniyyat düşsə, əl altında olan ərzaqlarla ən az 10 dəqiqəyə ləzzətli şirniyyat hazırlamaq mümkündür. Milli.Az-ın ailem.az-a istinadən təqdim etdiyi bu reseptlə sadəcə 10 dəqiqəyə ağız dadınıza uyğun ləzzətli tort hazırlaya bilərsiniz.

Bişirməyə ehtiyac yoxdur, sadəcə hazırla və ye!
 
Ərzaqlar:
 
Bir paket yulaflı peçenye
75 qram kərə yağı
200 qr südlü və ya qara şokolad
4 xörək qaşığı fıstıq əzməsi
 
Hazırlanması:
 
İlk olaraq peçenyeni blendrdan keçirin. Daha sonra başqa qabda əritdiyiniz kərə yağını və 2 xörək qaşığı fıstıq əzməsini də biskvitlərin içinə qataraq yaxşıca qarışdırın.

Sonra bir qabın içinə bişirmə kağızını yerləşdirin. Üzərinə hazırlamış olduğunuz qarışımı töküb yaxşıca yayın.

Daha sonra ayrı bir qazanın içində şokoladları və 1 xörək qaşığı fıstıq əzməsini əridin.

Ərimiş fıstıq əzməsini qabdakı qarışımın üzərinə yaxşıca yayın.

Ayrı bir qabda qalan fıstıq əzməsini də əridin.

Sonra fıstıq əzməsini də qarışımın üzərinə sürtüb qaşıqla şəkillər yarada bilərsiniz.

Süfrəyə vermədən əvvəl 1 saat soyuducuda saxlayın. Ondan sonra istədiyiniz zaman yeyə bilərsiniz. Nuş olsun!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

18 Şərh:

  • Anonim
    asi · 26 May 10:0200

    Salam..Maraqlıdır..Mən bunu şarik formada etmişəm, dadlıdır.Bir az fərqli reseptlə..

    Cavab yaz
  • Anonim
    Adsiz · 26 May 10:3410

    Mende peceniyadan tort elemiwem cox dadli olur.

    Cavab yaz
  • Anonim
    Zümrüd · 26 May 15:0520

    Vaaaay ne gözel , wiwdim biwirmeye axotum yoxdur.

    Cavab yaz
  • Anonim
    ika.e · 26 May 17:1720

    Men de bunu hazılayıram .dadlı resepti hem dde asan

    Cavab yaz
  • Anonim
    ika.e · 27 May 11:2510

    Salam.Milli az Ramazan ayımız mübarek olsun.Sizden xahiş edirem bir ay boyunca isti xörek bir de şorba reseptleri veresiz.Teşekkür

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 28 May 22:1610

    Axwaminiz xeyir Milli.az ve Moderator.Zehmet olmasa sabahdan maraqli reseptler verersiz,, Iftara hec olmasa biwirek.

    Cavab yaz
  • Anonim
    ------ · 29 May 19:2310

    turk metbexinden bir yemek resepti paylasacam -mal etini xirda xirda dograyib bisiririk.pomidor biber koku leco kimi bisiririk.coreyi xirda xirda kubik dograyib suxari edirik.sonra bunlari qat qat aralarina smetan da vuraraq yigiriq.br az saxlayiriq ve hazirdir.

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 30 May 02:1100

      Cox sag olun,resept xowuma geldi.Tezlikle hazirlayacam.

      Cavab yaz
  • Anonim
    ika.e · 30 May 11:0800

    Men deyirdim milli az Ramazan ayı gözel reseptler verer.yanıldım(

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 30 May 19:3300

      Salam Ike.a baci necesen?Mende milli azdan xahiw eledimki,maraqli reseptler versin amma vermedi.

      Cavab yaz
      • Anonim
        ika.e · 30 May 21:2600

        He bacı deyesen reseptleei tükenib.diyirem belke redaktorun yerine men keçim;))

        Cavab yaz
  • Anonim
    ika.e · 30 May 12:0910

    Bir kotlet resepti paylaşım:toyugu sümükden aylrın maşından keçirin tek fileden hazırlayanda çox quru olur,,sogan duz istiot yumurta çörek vurun bir az soyyuducuda özünü tutsun,,holland pendiri uzunsov dograyın etin arasına qoyun yumurta sixarike batırıb qaynar yagda qızardln,,iftar vaxtı qızardın ki isti olsun kesende içinden pendir axsın.Allah orucumuzu qebul etsin İnşaAllah

    Cavab yaz
  • Anonim
    ika.e · 30 May 12:1401

    Belke bilmeyenler var merci şorbasının reseptini paylaşım..soganı yagda qovurun kökü tyorkadan keçirib sogana elave edin,,,su tökün merci elave edin bir de sarikök ve kartof ,,bişennen sonra blendrdan keçirin üzerine nane süfreye vereken yanında limon da servis edin

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 30 May 19:3400

      Ike.a baci buna pamidorda vurulur mence.Men unu yagda qovurub vururdum amma indi elemirem.

      Cavab yaz
      • Anonim
        ika.e · 30 May 21:2700

        Salam bacım vurmaqda olar amma men vurmuram bele daha dadlı olur

        Cavab yaz
  • Anonim
    ika.e · 30 May 12:2020

    Badimcan ruleti:badimcanin uzun dograyinaci ssuyunu cixarib qizardin ayri bir qabda smetan icine bir dis sarimsaq,,ve qoz tyorkadan kecirin qarisdirin,,badimcanin icine yayin bidilim nazik dogranmiw pomidor qoyub bukun.nus olsun

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 30 May 19:3500

      Cox sag ol baci reseptlere gore.El qolun var olsun.

      Cavab yaz
      • Anonim
        ika.e · 30 May 21:2400

        Çoox sagol bacıım;)

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.