Siyasət

Rusiya XİN-dən delimitasiya ilə bağlı AÇIQLAMA

30 May 2024 16:53
Baxış: 728

"Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacib əhəmiyyətə malikdir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. 

"Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı praktiki mərhələnin başladığını müşahidə edirik. Bu, regional sabitlik üçün vacib əhəmiyyətə malikdir", - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Rusiya delimitasiya ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik metodlarla həllinə tərəfdardır: "Rusiya üçtərəfli razılaşmalar əsasında tərəflərə delimitasiya ilə bağlı öz konsultativ yardımını göstərməyə hazırdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.