Kulinariya

Evdə hamburger hazırlamağın QAYDASI

17 May 2017 07:00
6 Şərh     Baxış: 5 892

Heç özünüz nə vaxtsa evdə əsl hamburger bişirməyi sınamısınız? Uşaqlarınızın, elə özünüzün də çöldə sevərək yediyiniz hamburgeri evdə sağlamaq şəkildə bişirə bilərsiniz. Milli.Az Ailem.az-a istinadən hamburger reseptini təqdim edir.

Çörəyi üçün lazım olan ərzaqlar:
 
500 qr un
150 qr süd
50 qr su
1 paket yaş maya
1 desert qaşığı duz
2 çay qaşığı şəkər tozu
50 qr zeytun yağı
1 ədəd yumurta
 
Kotlet üçün lazım olan ərzaqlar:
 
600 qr dana döşü
1 baş soğan
1 diş sarımsaq
100 qr xardal
mayonez, ketçup, barbekü sousu
3 desert qaşığı bəhməz
50 qr çörək qırıntıları
1 yumurta
Duz, istiot
 
Servis üçün:
 
kahı yarpağı
kornişon turşu
pomidor
soğan
 
Hazırlanması:
 
İşə birinci növbədə çörək bişirməklə başlayın. Un, duz və şəkəri bir qabda qarışdırın. Daha sonra su, yumurta, zeytun yağı və südü bura əlavə edib qarışdırın. Yaş mayanı bir miqdar suda həll etdikdən sonra bura qatın və yumşaq xəmir halı alana qədər yoğurun. 1 saat ərzində otaq istiliyində mayalanmaya buraxın.
 
Daha sonra hamburger kotletini hazırlamağa başlayın. Qıymanı bir qaba qoyun. İncə-incə doğradığınız (əgər istəsəniz rondodan da keçirə bilərsiniz) soğan və sarımsaqları qıymanın içinə qatın. Qalan bütün vəsaitləri də qarışdırdıqdan sonra ət özünü tutana qədər yoğurun.
 
Mayalanan xəmiri istədiyiniz ölçülərdə yumru formada şəkilləndirin və sobada bişirin. Kotletləri isə tavada yağda bişirin. Hazır olan çörəkləri bölün, arasına kotletləri qoyun. İçinə istədiyiniz kimi pomidor, kahı, soğan və ya kornişon turşu qoyub hamburgeri servis edə bilərsiniz.

Milli.Az

Şərh yaz:

6 Şərh:

  • Anonim
    SEVA TOVUZ · 17 May 08:2700

    duzdur seve seve yeyirik...onu qeyd edimki kokeldir...kokelmek istemeyenlere meslehet deyil...ariq insanlara daha yaxsi...sogan az olarsa lap yaxsi...cunki bismemis cox sogan medeni agridir...menden bu qeder

    Cavab yaz
  • Anonim
    asi · 17 May 10:0310

    Salam hamıya..Nə qədər cəhd etsən də evdə hazırlanan məkanında hazırlananın dadını vermir))..

    Cavab yaz
    • Anonim
      ika.e · 17 May 12:4100

      Salam asi. düzdü men bir defe evde cehd etdim hazırlamaga netice ele de ugurlu olmadı

      Cavab yaz
      • Anonim
        asi · 17 May 13:0000

        Hə elədi.Xüsusən də ət kotlet dadı verir))Yəqin ki, əti qrildə qızartmaqdan asılıdı, dadın fərqli olması.Bir də sousun tərkibidən..Qalan hər şey adi ərzaqlardı...)...

        Cavab yaz
        • Anonim
          ika.e · 17 May 13:2200

          Ay sagol evde hazırlayanda ele bilki adi kotlet çörek yeyirsen)

          Cavab yaz
          • Anonim
            Aygun · 18 May 12:2400

            Salam men inek ve qonun etin qarisdiriram bide katlet bisenen sonra ele tavada pendir dilimleyib qoyuram biraz yumsalir pendir sonra hamisin coreyin icine yigiram dadli olur

            Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.