Kulinariya

Marinə edilmiş albuxarı ilə toyuq salatı

5 Fevral 2016 07:00
1 Şərh     Baxış: 4 246
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az marinə edilmiş qara gavalı ilə toyuq salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi (2 pay): 

200 q toyuq filesi 
100 q kahı yarpağı
1 budaq kərəviz
1 qırmızı soğan 
0,5 yaşıl turşməzə alma
12-14 qara gavalı 
duz
istiot (qara, ağ, qırmızı - zövqə görə qarışıq)
kəklikotu
1-2 x.q. sidr qozası (dolmalıq fıstıq)

qara gavalı üçün marinad: 

2 x.q. zeytun yağı
1 ç.q. bal
50 ml üzüm sirkəsi
50 ml su

Əvvəlcə gavalını marinə etmək lazımdır. Sirkə ilə suyu qarışdırın, yağ və 1 çimdik kəklikotu qurusu əlavə edin. 
Ocağın üstünə qoyun, qaynara düşəndə gavalıları əlavə edin, 2 dəqiqə qaynadıb götürün. Bal qatıb qarışdırın, soyudun. Dadına baxın, lazım gələrsə əlavə bal, yaxud sirkə qatın. 
Toyuq filesini ya sobada bişirin, ya da suda. Soyudub doğrayın. 
Kahı yarpaqlarını yuyub suyunu süzün. Soğanı nazik yarımhalqa doğrayın, alma ilə kərəvizi də nazik dilimləyin. 
Qaba kahı yarpaqlarını düzün, kərəviz, soğan və almanı qoyun. Toyuq ətini əlavə edin. İstiot qarışığını səpin. Duz da əlavə edə bilərsiniz. Gavalıları düzün. Marinadı salatın üzərinə gəzdirib fıstıq səpin. 

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.