Kulinariya

Toyuq ətindən qulyaş - FOTO

30 İyul 2015 07:00
5 Şərh     Baxış: 19 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az toyuq ətindən qulyaşın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

500 q toyuq filesi

1 iri baş soğan 

1 bolqar bibəri

1 yerkökü

2 x.q. tomat pastası

2 ç.q. ketçup

bitki yağı

istiot

kabab üçün ədviyyat

Toyuq ətini soyuq suda yuyub böyük olmayan tikələrə doğrayın. 

Soğanı nazik yarımhalqa doğrayın. Qızdırılmış tavada vam odda qovurun. 

Yerkökünü koreya üsulu yerkökü üçün olan sürtgəcdən keçirin, soğanı 3 dəqiqə qovurduqdan sonra yerkökünü əlavə edin. 

Bolqar bibərini nazik saman kimi doğrayın. 

Yerkökü ilə soğanı yaxşıca qovurduqdan sonra toyuq ətini əlavə edib qarışdırın. 5 dəqiqə bişirdikdən sonra bibəri əlavə edin. 

Kasada tomat pastası, ketçup, duz-istiotu eynicinsli kütlə alınanadək qarışdırın. 

Toyuq əti qızılı rəng alanda tomatlı qarışığı, 2 st. soyuq su, duz, istiot, kabab üçün ədviyyat əlavə edin, ocağı artırın. 

Qaynara düşəndən sonra ocağı azaldın, tavanın qapağını örtüb 15 dəqiqə bişirin. Bir neçə dəfə qarışdırın. 

Duzunu yoxlayın, azdırsa, əlavə edin. 

Süfrəyə kartof püresi və makaronla verə bilərsiniz. 

Nuş olsun! 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.