Kulinariya

Mətbəx sirləri: Eston piroqu - FOTO

19 Oktyabr 2014 07:00
0 Şərh     Baxış: 6 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az üzəri xırt-xırt, içi yupyumşaq, darçın ətirli eston piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

70+6 q şəkər tozu
120 ml süd
8 q quru maya
80 q kərə yağı
300 q un
1/4 ç.q. duz
1 yumurtanın sarısı
3 ml bitki yağı
2 ç.q. darçın
 
İsti südlə maya və 6 q şəkər tozunu qarışdırın, isti yerdə 10-15 dəqiqə saxlayın (süd əvəzinə isti su da götürə bilərsiniz).

30 q kərə yağını əridin, yumurta sarısı əlavə edib qarışdırın, un, duz və mayalı südü əlavə edin, xəmir yoğurun.



Xəmiri bitki yağı ilə yağlanmış qaba qoyub isti yerdə 1,5 saat saxlayın.

İç: 50 q kərə yağını əridin, şəkər tozu (70 q) və darçınla qarışdırın.

Xəmiri 1 sm qalınlıqda yayın. İçin 2/3 hissəsini üzərinə çəkin.



Xəmiri rulet kimi bükün. "Tikişi" aşağı olmaqla qoyun, əlinizlə azca üstündən basıb yastılayın.



Sonuna 1-2 sm qalanadək ruleti uzunasına iki yerə bölün.



Ruletin iki yarısını bir-birinə sarın (burma).



Sonra isə bu buruğun uclarını birləşdirin (halqa kimi).



İçin qalanını üzərinə çəkin.

200 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Süfrəyə verərkən üzərinə şəkər pudrası səpə bilərsiniz.



Nuş olsun!

Resept: vk.com/vk_cook

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.