Milli.Az e-salat.ru-ya istinadən "Şaxta baba" salatının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
1 əd. hisə verilmiş toyuq döşü
5 yumurta
300 q şampinyon
2 bolqar bibəri
şüyüd
3 zeytun
mayonez
duz
bitki yağı
Yumurtaları bişirin, ağını sarısından ayırın. Sürtgəcin xırda gözündən ayrı-ayrılıqda keçirin.
Hisə verilmiş toyuq ətini, bolqar bibərini və göbələyi xırda doğrayın.

Göbələyi bitki yağında qovurun.

Salatı lay-lay, aralarına mayonez çəkməklə düzün: toyuq əti + bolqar bibəri + göbələk + yumurtanın sarısı + yumurtanın ağı.



Zeytun və göbələkdən maral, toyuq ətindən xizək, qırmızı bibər və yumurta ağından "Şaxta baba"nı, şüyüddən isə yolkaları düzəldin.





Nuş olsun!
Milli.Az





