Kulinariya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hekayə nə qədər doğrudur, bilmirik, amma bu qədər istək alıbsa, adı da "qəzet" piroqu qalıbsa, yəqin, hələ çoxlarının xoşuna gələcək.
Tərkibi:
xəmir:
1 st. un
2/3 st. şəkər tozu
120 q. kərə yağı
2 yumurta
1 ç.q. qabartma tozu
1 çimdik duz
iç:
10-12 ədəd gavalı
2 x.q. şəkər tozu
1 ç.q. darçın
Yumşalmış yağı şəkər tozu ilə çalın.

Duz, bir-bir yumurta əlavə edərək çalın.

Tədricən qabartma tozu ilə qarışdırılmış un əlavə edərək qaşıqla qarışdırın.

Gavalıları ortadan bölün, dənələrini çıxarın.

Sobanı 180 dərəcə qızdırın. 24 sm diametri olan formanı yağlayın, içinə un səpin (silikondursa, lazım deyil). Xəmiri qoyub hamarlayın. Üstünə gavalıları kəsiyi yuxarı olmaqla düzün. Üzərinə darçınla qarışdırılmış şəkər tozu səpin.

25-30 dəqiqə bişirin. Formadan çıxarmadan soyudun.


Nuş olsun!
Milli.Az
Mətbəx sirləri: "Qəzet" piroqu - FOTO
2 Avqust 2013 07:00
61 Şərh
Baxış: 9 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az vpuzo.ru-ya istinadən "Qəzet" piroqunun hazırlanma qaydasını təqdim edir
Əslində, bu, gavalı piroqudur. Maraqlı tarixçəsi var: deyirlər ki, 1983-cü ildən 1995-ci ilədək ev xanımlarının çoxsaylı xahişilə onun resepti "New York Times" qəzetində dəfələrlə nəşr edilib. Nəhayətdə redaktorun səbri tükənib və resepti sonuncu dəfə bu xahişlə birlikdə dərc edib: "Sonuncu dəfə çap edirik. Daha olmayacaq. Xahiş edirik, resepti kəsib, kağızı laminasiya edin, soyuducunuzun üstündən asın".Hekayə nə qədər doğrudur, bilmirik, amma bu qədər istək alıbsa, adı da "qəzet" piroqu qalıbsa, yəqin, hələ çoxlarının xoşuna gələcək.
Tərkibi:
xəmir:
1 st. un
2/3 st. şəkər tozu
120 q. kərə yağı
2 yumurta
1 ç.q. qabartma tozu
1 çimdik duz
iç:
10-12 ədəd gavalı
2 x.q. şəkər tozu
1 ç.q. darçın
Yumşalmış yağı şəkər tozu ilə çalın.

Duz, bir-bir yumurta əlavə edərək çalın.

Tədricən qabartma tozu ilə qarışdırılmış un əlavə edərək qaşıqla qarışdırın.

Gavalıları ortadan bölün, dənələrini çıxarın.

Sobanı 180 dərəcə qızdırın. 24 sm diametri olan formanı yağlayın, içinə un səpin (silikondursa, lazım deyil). Xəmiri qoyub hamarlayın. Üstünə gavalıları kəsiyi yuxarı olmaqla düzün. Üzərinə darçınla qarışdırılmış şəkər tozu səpin.

25-30 dəqiqə bişirin. Formadan çıxarmadan soyudun.


Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





