Mətbəx sirləri: "Qəzet" piroqu - FOTO
2 Avqust 2013 07:00
Milli.Az vpuzo.ru-ya istinadən "Qəzet" piroqunun hazırlanma qaydasını təqdim edir
Əslində, bu, gavalı piroqudur. Maraqlı tarixçəsi var: deyirlər ki, 1983-cü ildən 1995-ci ilədək ev xanımlarının çoxsaylı xahişilə onun resepti "New York Times" qəzetində dəfələrlə nəşr edilib. Nəhayətdə redaktorun səbri tükənib və resepti sonuncu dəfə bu xahişlə birlikdə dərc edib: "Sonuncu dəfə çap edirik. Daha olmayacaq. Xahiş edirik, resepti kəsib, kağızı laminasiya edin, soyuducunuzun üstündən asın".
Hekayə nə qədər doğrudur, bilmirik, amma bu qədər istək alıbsa, adı da "qəzet" piroqu qalıbsa, yəqin, hələ çoxlarının xoşuna gələcək.
Tərkibi:
xəmir:
1 st. un
2/3 st. şəkər tozu
120 q. kərə yağı
2 yumurta
1 ç.q. qabartma tozu
1 çimdik duz
iç:
10-12 ədəd gavalı
2 x.q. şəkər tozu
1 ç.q. darçın
Yumşalmış yağı şəkər tozu ilə çalın.

Duz, bir-bir yumurta əlavə edərək çalın.

Tədricən qabartma tozu ilə qarışdırılmış un əlavə edərək qaşıqla qarışdırın.

Gavalıları ortadan bölün, dənələrini çıxarın.

Sobanı 180 dərəcə qızdırın. 24 sm diametri olan formanı yağlayın, içinə un səpin (silikondursa, lazım deyil). Xəmiri qoyub hamarlayın. Üstünə gavalıları kəsiyi yuxarı olmaqla düzün. Üzərinə darçınla qarışdırılmış şəkər tozu səpin.

25-30 dəqiqə bişirin. Formadan çıxarmadan soyudun.


Nuş olsun!
Milli.Az