Kulinariya

İftar süfrəsi üçün tez hazırlanan reseptlər

30 Mart 2024 17:35
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:

Tərəvəzli şorba

Ərzaqlar:

1/2 yerkökü (incə doğranmış)
1/2 balqabaq (incə doğranmış)
1/2 qırmızı bibər (incə doğranmış)
1 yaşıl bibər (incə doğranmış)
1 kiçik soğan (incə doğranmış)
4-5 göbələk (orta ölçülü doğranmış)
1/2 fincan noxud (qaynadılmış və ya konservləşdirilmiş)
2 xörək qaşığı yağ
1 xörək qaşığı kərə yağı
1,5 xörək qaşığı un
7 stəkan su (istəsəniz ət və ya toyuq da istifadə edilə bilərsiniz)
2 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər
1 qutu maye krem

Hazırlanması:

Qazana yağ əlavə edib yerkökünü bir az qovurub, soğan əlavə edin. Göbələkləri əlavə edib, qovurmağa davam edin. Bibərləri doğrayıb üzərinə tökün. Un əlavə edin və qovurmağa davam edin. Noxud əlavə edin və qarışdırın. Su, duz və istiot əlavə edin. Qaynayana qədər aşağı odda bişirin. Qaynayan şorbaya krem ​​əlavə edin və qarışdırmağa davam edin. Süfrəyə suxarı ilə verə bilərsiniz.

"Top" peçenye

Ərzaq:
Qatıq - 1 stəkan
Şəkər tozu - 1 stəkan
Fındıq - 1 stəkan
Yumurta - 1 ədəd
Yağ - 125 qr.
Vanil və qabartma tozu - 50 qr.
Un apardığı qədər

Hazırlanması:
Yumurta sarısı və şəkər tozunu qarışdırın. Üzərinə qatıq, yumşaldılmış yağ, vanil, qabartma tozu və apardığı qədər un əlavə edib, yumşaq xəmir hazırlayın. Xəmirdən qoz böyüklüyündə kündələr edin. Ayrıca qabda yumurtanın ağını çalıb, beze düzəldin. Yumruladığınız kündələri əvvəlcə bezeyə, sonrasa fındığa batırıb, sobada bişirin.    

Toyuqlu çökərtmə

Ərzaqlar:

3 parça toyuq filesi

Sous üçün:

1 yemək qaşığı mayonez
3 yemək qaşığı duru yağ
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qırmızı bibər
Yarım çay qaşığı qaraistiot
1 ədəd balaca rəndələnmiş soğan 

Kartof qızartması üçün:

4-5 ədəd kartof
Duru yağ və duz

Qatıq sosusu üçün:

1 kasa qatıq
1-2 diş əzilmiş sarımsaq və duz

Üzəri üçün 2-3 yemək qaşığı ərinmiş yağ, 1 çay qaşığı qırmızı istiot

Hazırlanması:

Toyuq ətini uzunsöv doğrayın. Bir kasada marinad etmək üçün lazım olan ərzaqları qarışdırın. Əti onunla qarışdırıb, üzərini streçlə bağlayıb 2 saat soyuducuda saxlayın.

Kartofları uzunsov doğrayıb, duzlayıb və yağöda qızardın. Digər tavaya yağı töküb toyuğu da qızardın. Boşqaba kartofu əlavə edin, üzərinə sarımsaqlı qatıq tökün. Üstünə isə bişmiş toyuğu tökün. Kərə yağını qızdırıb içinə qırmızı bibər töküb toyuğunü stünə səpin.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.