Ermənistan-Azərbaycan münaqişəsi

Davudoğlunun Qəzza üçün cəhdləri davam edir

30 İyul 2014 10:30
0 Şərh     Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəzzadakı böhran mühitini yox etmək üçün fəaliyyət göstəririk"

İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara görə hər fürsətdə narahatlığını dilə gətirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəzi ölkələrdəki həmkarları ilə görüşlər keçirib.

Anspress-in xəbərinə görə, bu barədə məlumatları Davudoğlu öz tvitter səhifəsində paylaşıb. Türkiyənin baş diplomatı Qəzzada böhranın başa çatması üçün fəaliyyətlərinin davam edəcəyini bildirib.

"Qəzzada hər gün daha da böyüyən fəryadı dindirmək üçün cəhdlərimiz davam edir. Başda Fələstin dövlət başçısı cənab Mahmud Abbas olmaqla İslam Əməkdaşlıq Təşkilatının sədri İyad Mədəni, ABŞ dövlət katibi Con Kerri, Qətər XİN rəhbəri Xalid M. əl Atiyə və İngiltərə xarici işlər naziri Filip Hammond ilə gün ərzində təmaslarımız olub. Bundan başqa bölgədə olan və 20 ton dərmanı Qəzzaya çatdıran "Qırmızı Aypara" (Kızılay) cəmiyyətinin sədri ilə görüşərək Qəzzanın ehtiyacları barədə məlumat aldım. Qəzzadakı böhran mühitini yox etmək üçün fəaliyyət göstəririk".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.