İran

İranın sərhəddə gərginlik yaratmaqda məqsədi - Nüfuzlu nəşr pərdəarxası məqamları açıqlayır

4 Oktyabr 2021 12:38
0 Şərh     Baxış: 2 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Haberturk" qəzetinin məşhur köşə yazarı Gurşad Zorlu son vaxtlar İran-Azərbaycan sərhəddində yaşananların pərdəarxası məqamlarını qələmə alıb.

Müəllif yazır ki, İranla Azərbaycan arasında sərhəddə bir müddətdir maraqlı hadisələr baş verir. Qeyd edir ki, İran cəbhəsindən Azərbaycana qarşı sərt və təxribatçı bəyanatların ardınca, ölkənin şimal-qərbində Azərbaycanın sərhədində hərbi təlim keçirildi.

İki ölkə arasında təxminən 700 kilometr sərhəd xətti olduğunu, təlimlərdə İranın zirehli-topçu bölmələri, pilotsuz uçuş aparatları və helikopterləri iştirak etdiyini yazıb. Müəllif diqqəti ona yönəldir ki, Sovet İttifaqının dağılmasından sonra İran ilk dəfə olaraq sərhədlərə bu qədər yaxın təlimlər keçirir. Və bu da Türkiyəni narahat edir. Əlavə edir ki, bu təlimlərin Türkiyə, Pakistan və Azərbaycanın başladığı hərbi təlimdən sonra baş verməsi təsadüfi deyil. "İsveçdə yerləşən araşdırma təşkilatının (SIPRI) rəqəmlərinə baxdığımızda Azərbaycanın hərbi gücündə üç ölkə önə çıxır - Türkiyə, İsrail və Pakistan. Ancaq iki əhəmiyyətli hadisənin gərginliyi artırdığı görünür. Biri odur ki, Azərbaycan bəzi İran yük maşınlarını saxladı və Qarabağa yanacaq daşımalarına icazə vermədi", - deyə müəllif yazıb.

"İran Qarabağdakı ermənilərə dəstək verməkdə davam edir"

G.Zorlu onu da deyir ki, İran Qarabağ müharibəsindən sonra həll olunmamış qalan Qarabağ torpaqlarına dəstək verməyə davam edir. "Ermənistanın və işğal olunmuş ərazilərin mühüm təchizatçısı idi. Yaratdığı ticarətdən başqa, bu, əlbəttə ki, strateji bir ifadə idi. Müharibənin Azərbaycanın xeyrinə döndüyü günə qədər ziddiyyətli bəyanatların verildiyini də xatırlayırıq. Müharibə Azərbaycanın xeyrinə başa çatdıqdan sonra İran-Ermənistan sərhədində bəzi layihələr və investisiya imkanları öz funksiyalarını itirib. İranın Naxçıvan Dəhlizini meydanda hakim ərazisini itirəcəyindən qorxduğu üçün anlaşmada istəmədiyi anlaşılır. Məqalədə xüsusi vurğulanır ki, İran Azərbaycanla İsrail arasındakı münasibətlərdən narahat olduqlarını ifadə edir. İndi İran yenidən Azərbaycanı sıxışdırmağa çalışır.

Məqalənin sonunda burada diqqətdən kənarda qalmaması vacib bir detala -  cənubdakı azərbaycanlılar məsələsinə toxunulur. Bildirilir ki, Azərbaycan türkləri böyük mənzərənin fonunda həm kilid, həm də açar rolunu oynayırlar.

Azər Nuriyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.