İran

Xamenei: “Ağır sillə vurulacaq”

21 Mart 2025 17:52
Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İran öz xalqına pislik edən hər kəsə "ağır sillə" vuracaq".

Milli.Az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei deyib.

"Onlar bilməlidirlər ki, biz münaqişəni heç vaxt başlatmamışıq. Lakin İrana zərər verən hər kəs cavab verəcək", - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl "Axios" portalı ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı yeni saziş bağlamaq üçün İrana iki ay vaxt verdiyini yazıb.

Ağ Ev rəhbərinin İranın ali dini lideri Əli Xamneyiyə müvafiq məktub göndərdiyi qeyd olunur. /Globalinfo.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.