İran

İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı

14 Yanvar 2025 08:46
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranəsilli Almaniya vətəndaşı Nahid Təqvi İran həbsxanasında dörd il həbsdən sonra azadlığa buraxılıb.

Milli.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə onun qızı Məryəm Klaren özünün "X" hesabından paylaşım edib.

"Bitdi. Anam azadlığa buraxıldı", - deyə o sosial şəbəkə hesabından yazıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə özünün "X" hesabında Nahid Təqvinin ailəsini qucaqlaya bilməsini böyük sevinc adlandırıb.

Qeyd edək ki, Almaniya vətəndaşı 69 yaşlı Nahid Təqvi 2019-cu ilin oktyabrında Tehrandakı evində SEPAH qüvvələri tərəfindən saxlanılıb və 7 aydan çox təkadamlıq kamerada tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.