İran

Tehran aeroportları fəaliyyətini bərpa etdi

15 Aprel 2024 09:42
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Tehran şəhərində İmam Xomeyni beynəlxalq aeroportu və Mehrabad beynəlxalq aeroportu fəaliyyətini bərpa edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Bildirilib ki, qeyd olunan iki aeroport bu gün (15 aprel) yerli vaxtla saat 06:00-dan uçuşları həyata keçirməyə başlayıb.

Qeyd edək ki, aprelin 14-də İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla raket və PUA atdığını təsdiqləyib. Bunun ardınca İranın Tehran aeroportları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.