İran

Molla məkrinin özü və sözü

7 Fevral 2023 16:59
Baxış: 2 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağın 30 illik işğaldan azad edilməsi dostları sevindirdi, düşmənləri isə kədərə bürüdü. Və nə qədər təəccüblü olsa da, bu kədərə düşən dövlətlər sırasında qonşu İran ilk yerdə qərarlaşdı. Üç il bundan öncə baş verən hadisələrə ekskurs etmək niyyətimiz olmasa da, hər kəs o günləri ancaq və ancaq qonşunun xəyanətkar addımı kimi qarşıladı. İran elə bir düşmənçilik fəaliyyəti ilə yadda qaldı ki, onu heç cürə bağışlamaq, yaddan çıxarmaq olmazdı. Lakin Azərbaycan hakimiyyəti ümid edirdi ki, fars molla rejimi heç olmasa  bundan sonra ağlını başına yığacaq, sözün əsl mənasında haqq yoluna Müsəlman məcidlərini donuz fermasına çevirən dövlətdən üz döndərəcək. Lakin görünür, elə İran hakimiyyəti bədnam qonşularımızla birgə fəaliyyət göstərirb. Bütün bunlar isə özünü İranın ali dini lideri adlandıran Əli Xamneyinin birbaşa tapşırğı ilə həyata keçirilib.

Yeri gəlmişkən, İranın ali dini lideri ayətullah Əli Xamneyi müsəlman torpaqları 30 illik düşmən tapdağından azad ediləndə "Qarabağın işğaldan azad edilməsinə sevinirəm" deyərkən onun səmimi olduğuna inanlar oldu. Və ümid etdilər ki, bəli, nəhayət fars-molla rejimi müsəlman dövləti olduğunu anlayıb. Lakin ümidlər özünü doğrultmadı.

Yenə də, müharibədən sonra Ermənistanla  daha da sıx əməkdaşlıq xətti götürüldü. Düşmən ölkə ilə ötən əsrin 90-cı illərində olduğundan da əməkdaşlıq məsələlərində qabağa gedildi. Azğınlaşan molla rejimi təbliğatını antiazərbaycan fəaliyyət üzərində quraraq gah Azərbaycanı "sionist", gah "kafir" adlandırmaqdan da çəkinmədi, Azərbaycana kiminlə əməkdaşlıq etmək barədə dərs keçməyə başladı. Və əminliklə demək olar ki, bütün bunların başında ölkənin ali dini rəhbəri durur. Məhz onun xeyir-duası ilə Azərbaycan xalqı, hakimiyyəti hədəfə alınır.

Başqa bir fakt. Ölkənin ali dini məktəblərində Azərbaycan vətəndaşlarının təhsil almasına şərait yaradıb, onlardan ibarət casus şəbəkəsi yaratmaq tapşırğı da ayətullahın çirkin planın tərkib hissəsi olub. Hətta bu çirkin təbliğat kampaniyasına uşaqları belə cəlb etməkdən çəkinməyən rejimin baş ideoloqu Azərbaycanla sərhəddə hədələyici, təhqiramiz kliplər çəkdirir, şou xarakterli təbliğat aparır. 

Bəs nədən belə bir addım atılır? Səbəb aydındır. Sentyabr ayında baş verən ümumilli etitaz aksiyaları İran rejiminin çökdürülməsinin əsasını qoydu və molla rejimi də bundan ciddi narahatçılıq keçirir. Cənubda yaşayan soydaşlarımızın etirazlara qoşulub haqq səsini qaldıracağı isə onun sonu olacaq. Sonuncu hadisə- səfirliyə hücum isə çirkin təbliğatın pik nöqtəsi oldu. Məhz onun xeyir-duası ilə bu terror hadisəsinin reallaşdırıldığını əminliklə söyləmək olar.

Sonda qeyd edək ki, Azərbaycana qarşı illər uzunu aparılan çirkin təbliğat kampaniyasının təşkilatçısı və ideoloqu qismində çıxış edən Xamneyi etiraf etməs də, hədəfi bəllidir - Azərbaycanı İran kimi şəriət dövlətinə çevirmək. İllər uzunudur ki, bu istiqamətdə də fəaliyyət göstərir. Lakin arzusu ürəyində qalacaq. 

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.