Maraqlı

Cavanlaşdırıcı xurma maskası

25 Noyabr 2021 08:05
0 Şərh     Baxış: 297

Xurma üz dərisinə çox müsbət təsir edir.

Xurmadan çox effektli cavanlaşdırıcı maskalar hazırlamaq olar. Bu masklardan birini sizə təqdim edirik. Bizə lazım olan inqrediyentlər: 1 dənə tam yetişmiş xurma, 1 yumurtanın sarısı, 1/2 çay qaşığı ərik yağı, 1/2 çay qaşığı bal, 1 çay qaşığı kartof nişastası.

Xurmanın qabığını soyun və blenderdə əzin, bal, ərik yağı və nişasta əlavə edin və yaxşı qarışdırın.

Yumurta sarısını ayrı qabda yaxşı çalın və meyvəli-ballı kütləyə əlavə edib yaxşı qarışdırın.

Maska həftədə 3 dəfə qalın qatla təmiz üz dərisinə çəkilir (gözətrafı sahələrə çəkmək olmaz!). 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun və sonra qidalandırıcı krem çəkin.

Bu maska dərini daha dartılmış və elastik edir, ağardır, dərinin rəngini yaxşılaşdırır.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.