Düzgün ütüləmənin incəlikləri. MƏSLƏHƏTLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paltarların ütüləməsi kifayət qədər mürəkkəb prosesdir. Düzgün ütüləmə paltarın görünüşünü yaxşılaşdırır. Düzgün olmayan ütüləmə isə paltarları korlaya bilər.
Sizə düzgün ütüləmənin bəzi qaydalarını təqdim edirik:
- Sağdan sola və paltarın gen hissəsindən dar hissəyə kimi ütüləmək lazımdır. Paltarları eninə yox, uzununa ütüləyirlər.
- Əvvəl paltarların xırda detallarını ütüləyirlər - qolları, yaxalıqları, manjetləri, büzmələri, cibləri, naxışları, krujevaları.
- Ütülədiyiniz paltar nə qədər nazik olsa, onun altındakı səth bir o qədər qalın olmalıdır və əksinə. Nazik paltarları ütülədikdə ütü stolunun üzərinə bir neçə qat qatlanmış qalın ədyal qoyun. Qalın paltarları ütülədikdə isə ütü stolunun üzərinə nazik parça sərin.
- Heç vaxt ləkəsi olan paltarları, ağları və s. ütüləməyin. Onları mütləq təmizləmək lazımdır, çünki üstünə ütü vurulmuş ləkələri sonradan təmizləmək çox çətindir, çox vaxt isə qeyri-mümkündür.
- Paltarları tam quruyana kimi ipdə saxlamayın. Bir qədər nəm paltarlar daha asan ütülənir.
- Paltarları və s. əşyaları tam quruyana qədər ütüləyirlər, əks halda onlar qatlananda və saxlananda əziləcəklər.
- Evdar qadınların çoxu eyni səhvi təkrarlayırlar: ütülənmiş paltarları yığırlar və dərhal şkaflara yerləşdirirlər. Bunu etmək olmaz, çünki ütüləmə vaxtı yığılmış istilik həm parçaya, həm də şkafdakı atmosferə mənfi təsir göstərir. Ona görə də ütüləyəndən sonra ağları və paltarları 2 saatdan az olmayaraq otaqda saxlamaq lazımdır. Bu, xüsusilə cibli, klapanlı, qatlı, relyefli, volanlı və s. paltarlara aiddir.
- Avropa və Amerika ölkələrində yataq dəstləri ütüləmirlər. Ütüləmə onların hiqroskopik xüsusiyyətlərinə (rütübəti özünə çəkmək xüsusiyyəti) mənfi təsir edir və bu səbəbdən ziyanlı sayılır.
- Yenidoğulmuşların bütün paltarları hər iki tərəfdən ütülənməlidir. Yenidoğulmuşların dərisi çox nazik və həssas olur ki, paltarda olan ən kiçik qat körpənin dərisini sürtə bilər.
- Xovlu xalatları, məhrabaları və s. ütüləmək olmaz. Belə etdikdə onlar öz keyfiyyətini itirir, codlaşır. Əgər bunu bilmirdinizsə, səhvi asan düzəltmək olar: onları 15-20 dəqiqəyə ilıq duzlu suya qoyun, sonra sıxın və qurudun. Quruyandan sonra onlar yumşaq və xovlu olurlar.
- Yun paltarı ütüləyəndə ütünü parçanın üzərində sürüşdürmürlər, onu bir yerdən o biri yerə qoyurlar. Bu, paltarın formasını dəyişməyə qoymur.
- İpək paltarları bir qədər nəm ütüləyirlər. Əgər onlar çox quruyublarsa, yarım saata yaş parçaya bükmək lazımdır.
- Bəzi evdar qadınlar səhvə yol verib, ütü çəkməzdən əvvəl ipək paltarları nəmləndirmək üçün onlara su çiləyirlər. Bunu etmək olmaz, çünki su damcıları parçada ləkələr qoyur, həddindən artıq nəmləndirmə parçanı cod edir. Ən yaxşısı budur ki, ipəyi tərs üzündən, üstünə nazik parça qoyub ütüləyəsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb





