Plastik qablarda su alanda hansı işarələrə diqqət etmək lazımdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əvəzolunmaz yaşam mənbəyi suyu ev şəraitində bəzən özümüz süzərək və ya qaynadaraq kənar maddələrin xaric olunmasını təmin edir, sonra içirik.
Evdən kənarda isə plastik qablarda satılan su demək olar ki həyatımızın ayrilmaz hissəsinə çevrilib. Bəs bu qabların və bu cür qablardan satılan suyun nə dərəcədə sağlam olduğunu necə bilə bilərik? Bir çox adam butulkanın dibinə nəzər yetirməyin yetərli olduğunu düşünür, ancaq bu, sağlamlığın mühafizəsi üçün kifayət deyil.
Plastik butulkaların etiketlərinin üzərində hər zaman onların məhz hansı plastikdən hazırlandıqlarına dair qeydlər olur. Bu məlumat olduqca önəmlidir. Çünki istənilən plastik materialdan butulkanın tərkibinə müxtəlif dərəcədə təhlükəli kimyəvi maddələr qarışır. Məsələn, aşağıdakılara nəzər yetirin.
İstənilən butulka bu tərkiblərdən birinə malikdir:
1. PET və ya PETE
Bu, birdəfəlik istifadə üçün nəzərdə tutulan butulkalardır. Bu tərkibdə butulkalardan içərisindəki mayeyə ağır materiallar və maddələr qarışa bilər ki, bu da insanın hormonal balansına təsir göstərir.
PET - dünyada ən çox istifadə olunan plastmas növüdür. Yadda saxlamaq lazımdır ki, bu, ancaq birdəfəlik istifadə üçün nəzərdə tutulub. Əgər belə butulkaya öz suyunuzu töksəniz, onda orqanizminizə bəzi qələvi maddələr və olduqca çox miqdarda bakteriyaların daxil olmasına hazır olun.
2. HDP və ya HDPE
Bu çox yaxşı plastikdir və demək olar ki, heç bir zərərli maddə yaymır. Mütəxəssislər əgər mümkündürsə, suyu məhz belə butulkalarda almağı məsləhət görürlər. Bu, həm təhlükəsizdir, həm ekologiya üçün faydalıdır, belə ki, demək olar bütün plastik emal olunur.
Bu, adətən süd, oyuncaqlar, yuyucu maddələrin saxlanması və bəzi plastik paketlərin istehsalı üçün istifadə olunan sərt plastik növüdür.
3. PVC və ya V
Bu materialdan olan əşyalardan ən az iki təhlükəli kimyəvi maddə ayrılır və hər iki maddə orqanizmin hormonal balansına mənfi təsir göstərir.
Bu, adətən bitki yağlarının və uşaq oyuncaqlarının saxlanması üçün istifadə olunan yumşaq, elastik plastikdir. Ondan həmçinin saysız istehlak malları üçün blister qablaşdırmalar hazırlanır. Eyni zamanda kompyuter kabellərinin üzlənməsi üçün istifadə olunur. Bu materialdan plastik turbalar və santexnika detalları hazırlanır. PVC demək olar ki günəş şüalarının birbaşa təsirinə və hava şərtlərinə qarşı dözümlüdür, buna görə də bu materialdan adətən pəncərə çərçivələri və bağ üçün şlanqlar hazırlanır. Ancaq buna baxmayaraq ekspertlər bu materialdan olan məhsulları almamağı, mümkün olduqca alternativ materiallardan istifadə etməyi məsləhət görürlər.
4. LDPE
Bu plastik həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Bu materialdan tərkibindəki kimyəvi maddələr ayrılmır. Ancaq o, yalnız su konteynerləri üçün təhlükəsizdir. Ərzaq mağazasında ondan hazırlanan paketləri almaq məsləhət görülmür. Belə ki, bu paketlərdə alınan məhsullarla yanaşı həm də bu materialdan ayrılan, ürək üçün olduqca təhlükəli kimyəvi maddələri yemiş olarsınız.
5. PP
Bu plastik ağ və ya yarımşəffaf rəngdə olur. Siropların və yoqurtların qablaşdırılması üçün istifadə olunur.
Polipropilen termik stabilliyinə görə qiymətləndirilir. İsidilən zaman ərimir. Demək olar ki, təhlükəsizdir.
6. PS
Adətən kofe stəkanları və fast-food məhsullarının konteynerlərinin hazırlanması üçün istifadə olunur. Ancaq isidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır.
Polistirol - bahalı olmayan, yüngül və kifayət qədər dözümlü plastik növüdür. Ancaq qaynar yeməklər və içkilərin saxlanılması üçün münasib deyil .
7. PC və ya xüsusi işarələri olmayan plastiklər
Bu, plastikin ən təhlükəli növüdür. Su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunur.
Polikarbonatdan olan qab və ya konteynerlərdə qida və suyun saxlanılması qətiyyən olmaz. Bu materialdan Bisfenol A - orqanizmin endokrin sistemini məhv edən maddə ayrılır və həmçinin estrogen adlanan hormonun ifrazına mane olur.
Daha bir tövsiyə: plastik qabda nəsə almaq istəsəniz, iki dəfə düşünün. Yenə də şüşə qablar daha təhlükəsizdir...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
XƏBƏR LENTİ
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək





