Şimali Koreya lideri Kim Çen In son bir ayda ilk dəfə ictimaiyyət arasında görünüb.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, belə ki, KXDR rəhbəri ölkənin şimal-qərbində, respublikada ən böyük müasir şəhərin tikintisinin aparıldığı Samjiendə olub. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Dövlət başçısı bundan əvvəl oktyabrın 11-də Pxenyanda keçirilən müdafiə sərgisində çıxış edib.
Milli.Az