"Pink Floyd" qrupunun üzvlərindən olan Sid Barrettin istifadə etdiyi gitara hərraca çıxarılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin 12 simli gitarası 27 min dollara (təxminən 45 min 898 manat) satılıb. Bu, musiqi alətinin hərraca çıxarılmazdan əvvəl nəzərdə tutulan satış qiymətindən iki dəfə çox olub.
Bundan başqa, alıcı gitaristin masasını 2 min sterlinqə satın alıb.
Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən S.Barrett 2006-cı ildə dünyasını dəyişib.
Milli.Az