Maraqlı

“Peyvənd olunmayanlar müalicə xərclərini özləri çəksin” - Deputat

30 Oktyabr 2021 19:25
0 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda peyvəndlənmə yaşının aşağı salınmasını təklif edib.

Millət vəkili parlamentdə bildirib ki, son günlər koronavirusdan ölənlərin sayı artır: "Vətəndaşların bir qrupu peyvənd olunmaqdan imtina edir. Bundan əlavə, təklif edirəm ki, peyvənd olunmayanlar müalicə xərclərini özləri çəkməlidir".

Deputat Qənirə Paşayeva isə İcbari Tibbi Sığorta sistemində bəzi xəstələrə illik limitin dolması ilə bağlı verilən cavabların narazılıq yaratdığını bildirib: "Xəstə əməliyyat üçün müraciət edir, ona deyirlər ki, illik limit dolub. Axı elə xəstəliklər var ki, bunlar ağır xəstəlikdir. Ona dözmək olmur. Bu limit məsələsi aydınlaşdırılmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.