Maraqlı

Maska taxanların üz dərisini qorumaq üçün MƏSLƏHƏTLƏR

31 Oktyabr 2021 13:30
0 Şərh     Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus epidemiyası başlayandan maska artıq həyatımızın ayrılmaz bir hissəsi olub. Davamlı maskadan istifadə edənlərin üzündə çox vaxt sızanaqlar əmələ gəlir. 

Milli.Az Lent.az-a istinadən maskadan istifadə edənlər üçün üz dərisini qorumağın üsullarını təqdim edir: 

Üzünüzü yuduqdan sonra maskanı taxmadan əvvəl dodaqlarınızı nəmləndirin.

Maskadan istifadə zamanı makiyajdan mümkün qədər az istifadə edin.Bütün üzə tətbiq olunan tonal krem və buna bənzər məhsullar məsamələri örtür və sızanaqların yaranmasına səbəb olur. 

Dərinizi qıcıqlandırmaqdan çəkinin. Peeling və buna bənzər tətbiqlər normal vaxtlarda reaksiya verməsə də, üzdə maska olanda qıcıqlanmaya səbəb olar. 

İstifadə etdiyiniz maskanın keyfiyyətnə diqqət yetirin. Dəriniz həssasdırsa, içərisi yumşaq olan və  100 faiz pambıq parçadan hazırlanan maskalardan istifadə etməniz məsləhətdir.

Uyğun zamanda maskanı çıxarın. Həkimlər bildirirlər ki, ən azı hər 4 saatdan bir 15 dəqiqəlik fasilə vermək lazımdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.