Maraqlı

Sağlam ürək üçün ot çayları

28 Oktyabr 2021 21:15
0 Şərh     Baxış: 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi müalicəvi otlar var ki, bu otlar ürəyin fəaliyyətinə çox müsbət təsir edir - ürək damarlarını genişləndirir, spazmaları və ödemləri aradan qaldırır, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, nevrozla mübarizə aparır və s.

Sizə bu otlar əsasında çox faydalı ot çayları təqdim edirik. Ürək xəstəlikləri olan insanlar bu çayları əsas müalicə ilə yanaşı təbii müalicəvi vasitə kimi qəbul edə bilərlər.

1. Pişikotu kökləri - 1 xörək qaşığı, nanə - 1 xörək qaşığı, badrənc - 1 xörək qaşığı, yemişan meyvələri (həvəngdəstədə əzin) - 1 xörək qaşığı qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürülür və 1 fincan (100ml) qaynar suda dəmlənilir. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur. Qəbul etdikdən əvvəl çaya 1/2 çay qaşığı bal və limon əlavə etmək olar.

2. 1 xörək qaşığı razyana, 1 xörək qaşığı mayaotu toxumu, 1 xörək qaşığı nanə, 1 xörək qaşığı badrənc qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur. Qəbul etdikdən əvvəl çaya 1/2 çay qaşığı bal və limon əlavə etmək olar.

3. Çobanyastığı - 1 xörək qaşığı, razyana - 1 xörək qaşığı, nanə - 1 xörək qaşığı, pişikotu kökləri - 1 xörək qaşığı qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur.

4. Tozağacı yarpaqlarından dəmlənmiş çay hipertoniya zamanı çox xeyirlidir. 1 çay qaşığı xırda doğranmış təzə tozağacı yarpaqları 1 fincan qaynar suda dəmləyin və çay kimi gündə 2 dəfə qida qəbulundan əvvəl için.

5. 1 xörək qaşığı adaçayı, 1 xörək qaşığı pişikotu, 1 xörək qaşığı nanə, 1 xörək qaşığı kalendula qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin və qida qəbulundan 30 dəqiqə əvvəl için.

Çayları növbələşdirmək olar. Gün ərzində bu müalicəvi çaylardan 2 fincan qəbul etmək olar. Çaya bal və limon da əlavə etmək olar.  Çayları uzun müddət ərzində - 1-2 ay - qəbul etmək olar. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.