Özünü tərbiyə etməyin 7 yolu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan əgər özünü tərbiyə edə bilməzsə, həyatda heç bir nailiyyət əldə edə bilməz. Çünki insan əgər nəfsinə qalib gələ bilmirsə, şübhəsiz ki, havayi-nəfsinin qurbanına çevrilər və dünya və axirətini bada verər.
Bütün İlahi övliyaların (ə) bu dünyadakı səyləri insanları tərbiyə etmək olmuşdur. Çünki insan əgər özünü islah edə bilməzsə, dinində möhkəm və sabit ola bilməz. Bütün bu aləm insan üçün xəlq edilmişdir. Ona görə də insan öz fitrət və əsalətinə qayıdaraq, həqiqi mahiyyətini dərk etməyə çalışmalıdır. Özünü tərbiyə etməyin 7 mühüm açarı təqdim edilir ki, onlara işarə edək:
1. İlk addımda əxlaq və ürfana aid kitablar mütaliə olunmalıdır. Çünki əgər bu mütaliələr olmasa, insanın özünü islah etməsi üçün lazım olan ehtiyaclarını tanıması çətin olar. İslam dini kamil bir din olduğu üçün bizi həmişə elmimizi artırmağa dəvət edir. Əgər fərdi və ictimai baxışlarımızı dəyişmək istəyiriksə, gərək elmimizi artıraq. İmam Əli (ə) buyurur ki, gözəl axirətə çatmaq üçün gərək fikirlərini gözəl edəsən. Ona görə də deyə bilərik ki, ilk addım - fikir, danışıq, rəftar, adət, şəxsiyyəti islah etməkdir. Pis fikirləri uzaqlaşdırıb, yerini yaxşıları ilə doldurmaq lazımdır. Ancaq necə? Fikrin üç əsas şah yolunu kontrol edərək: gördüklərin, eşitdiklərin və yediklərin pak olmalıdır.
2. Əxlaq və özümüzü islah etməkdə əksəriyyətə tabe olmayaq. Kamil insanlar adətən azlıq təşkil edir. Ona görə də örnək və nümunə olaraq Məsumların (ə) ardınca gedək. Qalaya çatmaq üçün hərəkət etmək lazımdır, onlara yaxınlaşmaq lazımdır.
3. Təmrin hissəsidir. Nə zaman və harada büdrəsək, istəməsək və ya bacarmasaq, ya sevgi və hisslərimizə məğlub olsaq, özümüzü cərimə edək. Başqa sözlə desək, tərbiyə edək. Misal üçün bir qədər sədəqə verək, ya bir neçə rükət namaz qılaq, oruc tutaq və s. Bu işi bütün ariflər və alimlər yerinə yetirirlər.
4. Günahdan çəkinməyin ən rahat yolu - zəhərli və günah mühitinə daxil olmamaqdır. İnsan ruhu da, cismi kimi hər an xəstələnə bilir. Havada olan viruslar cismimizi xəstələndirdiyi kimi, ruhumuz da bu cür mühitlərdə xəstə olurlar.
5. İnsanı həqiqi yoldan saxlayan amillər: tamah, təmtəraq ardınca olmaq, qənaət etməmək, sadə yaşamağı sevməmək və bu kimidir. Ona görə də tamah dişini çəkib atmaq lazımdır. İmam Əlinin (ə) buyurduğu kimi ən böyük sərvət - qənaətdir. Qənaət səbəb olar ki, insan rahat və hüzur içində yaşasın. Tamah isə insanı zənginlərin və qüdrət sahiblərinin qulu edər. Dünya ləzzətlərinə çatmaq üçün şəxsiyyəti zəlil və xar olar.
6. Başqaları ilə olan rabitə nə ifrat olsun, və nə də təfrit. Əgər insanın başqaları ilə rabitəsi ifrat dərəcəsində olarsa, özünü islah etmək fürsəti məhdud olar. Başqaları onun həyatına və hisslərinə daha çox qarışarlar. Bu da özünü tərbiyə etməyə mane olan ən böyük səddir. Əlbəttə, alimlərlə və yaxşı insanlarla rabitə qurmaq insana heç bir zaman ziyan gətirməz. Əksinə elmini artırar və ruhu sağlam olar.
7. Ömür qızıldan da dəyərli bir nemətdir. Gərək onu xərcləyən zaman simic olaq. Zamana rəhbərlik etməyi də unutmayaq. Əgər zamana rəhbərlik etsək zehnimizə, dilimizə və həyatımıza rəhbərlik etmiş olarıq.
Allah bizim səylərimizi bərəkətli etsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
XƏBƏR LENTİ
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü





