Quranın nəzərində nümunəvi qadınlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quran əxlaq fəzilətləri haqqında söz açan zaman, həm mömin kişi örnəklərini vurğulayır və həm də qadın. Gözəl əxlaqa malik olan insan başqaları üçün örnək ola bilər. Quran örnək olaraq bir neçə xanıma işarə edir və onları mədh edir. (Tebyan)
1. Sara.
İbrahim Xəlilin (ə) həyat yoldaşı Sara nümunə və örnək qadınlardan biridir ki, mələklərlə danışar və müjdə alarmış. Allah övladı olacağı xəbərini Həzrət İbrahimə (ə) verdiyi kimi, Saraya da verir. Mələklər Həzrət İbrahimə (ə) deyirlər: "Beləliklə, Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə müjdələdik". ("Saffat" 101). Bu xəbərdən sonra Həzrət İbrahim (ə) təəccüblənir və qoca yaşında övlad sahibi ola biləcəyini düşünür. Mələklər isə deyir ki, ümidsiz olma. Həzrət İbrahim (ə) cavabında deyir: "Mən ümidsiz deyiləm". Quran həmin rəftarı həyat yoldaşı Saranın da göstərdiyinə işarə edir və buyurur ki, o zaman mələklər bu xəbəri Həzrət İbrahimə (ə) verir, həyat yoldaşı Sara da orada idi. Ona da müjdə verilir ki, İshaq dünyaya gələcəkdir. O, təəccüb edərək mələklərdən soruşur: "Yəni, mən ana olacağam? Halbuki qocalmışam və həyat yoldaşım da yaşlanıbdır?". Mələklər ona deyir: "Allahın rəhmətindən təəccüb edirsən? Halbuki, Allahın rəhmət və bərəkəti siz nübuvvət ailəsinə qarşı çox olmuşdur. Siz bu cür bərəkətin eynisini çox görmüsünüz".
2. Həzrət Musanın (ə) anası və bacısı.
Quran 3 qadının adını çəkir ki, Həzrət Musanı (ə) ölümdən hizf etmiş və tərbiyə etmişdir. Həzrət Musanın (ə) tərbiyəsi anası, bacısı və Fironun həyat yoldaşının öhdəsində idi. Bu üç qadın həmin dövrün zalım siyasəti ilə mübarizə aparır və peyğəmbəri hifz etmək üçün canlarını təhlükəyə atırdılar.
O zaman ki, Musanın (ə) anası Allahın əmri ilə körpəni dənizə atır, Musanın anası (ə) bacısına deyir: "Bu səbəti izlə". Fironun həyat yoldaşı isə deyir: "Onu öldürməyin, bəlkə bizə faydası dəydi. Onu övladlığa götürək". Ona görə də hər 3 qadın Həzrət Musanın (ə) böyüməsində mühüm rola malik olmuşdular. Bu, o zaman baş vermişdi ki, hər bir hamilə qadını təqib edir və dünyaya gətirdiyi oğlan övladını öldürürdülər.
3. Fironun həyat yoldaşı.
Allah Fironun həyat yoldaşını mömin qadınlar üçün nümunə kimi tanıtmışdır. Asiya elə bir insanın yanında yaşayırdı ki, nəinki rübubiyyyət iddiasında idi, bəlkə həm də tövhidi də iddia edirdi. Deyirdi: "Mən tək tanrıyam" (nəuzubillah!). Belə bir yerdə yaşayan qadın tövbə edib, haqq yola gəlir. Quran bu banunun duasına işarə edir və orada olan 6 məsələni vurğulayır. O, Allaha etdiyi duada demişdi ki, Allahın yanında behiştdə ev istəyir, başqalarından fərqli olaraq ilk Allahı istəyir, sonra behişti. Elə bir behişt ki, Allahın yanındadır. "Məni Firondan və şirk olan işlərindən xilas et! Nəinki onun zülmündən nicat ver, bəlkə zülmdən nicat ver ki, Fironun şirk yükünün altına girməyim. Özüm də başımda rübubiyyət iddiasında olmayım...". Bu cür bilikli və agahlı bir qadın əlbəttə ki, örnək olmağa layiqlidir.
4. Həzrət Məryəm (s.ə).
Həzrət Məryəm (s.ə) elə bir ali məqama malik banu idi ki, Allah onu həm bu dünyada və həm də axirətdə paklardan qərar vermişdi. Onun məqamı Fironun həyat yoldaşının məqamından uca idi. Mələklər Həzrət Məryəmlə (s.ə) də söhbət edər və ona xəbər verərdilər ki, o, pakdır və varlıq aləminin nümunəsidir. "Ona görə də həmişə Allahı yada sal, səcdə və rüku et". Həmçinin ona Həzrət İsanın (ə) müjdəsini verirlər. Bu, xanımın məqamının ucalığından xəbər verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
XƏBƏR LENTİ
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
“Qalatasaray” keçmiş futbolçusunu geri qaytarır





