Avropada kütləvi üz skanı və sosial reytinq sistemləri olmayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Parlamentinin deputatları səs çoxluğu ilə Avropa Birliyi regionundakı ictimai yerlərdə insanların üzlərinin skan texnologiyalarının tam və ya daimi qadağan olunmasınn vacibliyi üzrə qətnaməni qəbul ediblər. Belə ki, bu cür texnologiyalar özəl həyatın toxunulmazlığını və insan hüquqlarını pozurlar. Həmçinin sosial reytinq üzrə istənilən sistemlərin yaradılmasına və alqoritmlərin məhkəmə sahəsində istifadə olunmalarına da qadağa tətbiq olunmalıdır. Bundan əlavə olaraq Avropa Parlamenti üzlərin skan olunması üzrə özəl məlumatlar bazasının istifadəsini və davranış məlumatları əsasında qanun pozuntularının proqnozlaşdırılması üzrə olan bütün sistemləri qadağan etmək istəyir. Üzlərin skan olunması üzrə özəl məlumatlar bazasına misal olaraq ABŞ-n Clearview adlı startapının süni zəka texnologiyası gətirilib.
Bu texnologiya bəzi Avropa ölkələrinin polisləri tərəfindən istifadə olunur. Hələ bu ilin aprel ayında Avropa Komissiyası yüksək risk səviyyəsinə sahib süni zəka texnologiyalarının istifadəsinin nizamlanması üzrə qanun layihəsini təqdim etmişdi. Təqdim edilmiş qanun layihəsi sosial qiymətləndirmənin və ictimai yerlərdə uzaqdan biometrik müşahidə sistemlərinin qadağan olunmasını özündə birləşdirir. Lakin məlumatların qorunması üzrə Avropa Şurası, Avropa Nəzarət Orqanı və Avropa Parlamentinin bəzi deputatları həmin qanun layihəsinin lazımi səviyyədə işlənib hazırlanmadığına qərar vermişdilər. Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamənin uzaqdan biometrik müşahidə hissəsində Avropa Komissiyasının bu çağırışı yer alıb:
Bununla yanaşı vətəndaşların etibarlıqlarının qiymətləndirilməsi üçün onların davranışları və şəxsiyyətləri əsasında istənilən sosial reytinq sisteminin yaradılması da həmçinin qadağan olunmalıdır. Qəbul edilmiş qətnamə həmçinin alqoritmik qərəzlik ilə mübarizəyə istiqamətlənib və süni zəka tərəfindən ola biləcək istənilən diskriminasiyanın qarşısını almaq məqsədilə alqoritmlərin çalışmaları üzərində ciddi nəzarət üçün insan faktorunun olmasını tələb edir. Avropa Parlamentinin deputatları razıdırlar ki, yekun qərarı həmişə insan verməlidir. Onlar bildiriblər ki, süni zəka əsasında olan sistemlər tərəfindən idarə olunan subyektlər hüquqi müdafiə vasitələrinə sahib olmalıdırlar.
Avropa Parlamentinin qətnaməsi həmçinin məhkəmə qərarlarının qəbulu zamanı süni zəka köməkçilərinin istifadəsini də qadağan etməyə çağırır. Belə ki, bu cür alqoritmlərin məhkəmə sisteminə inteqrasiya olunmaları cəhdi nəticəsində (ilk növbədə məhkumların vaxtından əvvəl azad edilmələri barəsində qərarların verilməsi zamanı) süni zəka tərəfindən milli azlıqların çoxlu sayda diskriminasiya halları müşahidə edilib. Avropa Parlamenti həmçinin Avropa Birliyinin dövlət orqanlarını mümkün olan bütün sahələrdə açıq mənbəli koda sahib proqram təminatlarından istifadəyə çağırıb.
Qətnamənin qəbul edilməsinə fikir bildirən zaman məruzəçi Petar Vitanov bunları söyləyib. "Əsas hüquqlar qeyd-şərtsizdir. Biz ilk dəfə olaraq hüquq-mühafizə məqsədlərində üzlərin skan sistemlərinin istifadəyə verilməsi məsələsinin moratoriumuna çağırış edirik. Belə ki, bu texnologiya effektiv deyil və çox zaman diskriminasiyalı nəticələrə gətirib çıxardır. Biz, süni zəkanın istifadəsinə əsaslanan proqnozlaşdırılmış polis fəaliyyətinə və kütləvi izlənmə üçün biometrik məlumatların istənilən emalına qəti şəkildə qarşıyıq. Bu, bütün Avropa vətəndaşları üçün böyük qələbədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
XƏBƏR LENTİ
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu





