Maraqlı

Dünyada təbiət üçün ilk təhlükəsiz qəbiristanlıq açılıb

8 Oktyabr 2021 10:48
0 Şərh     Baxış: 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçikanın Drongen şəhərində dünyanın təbiət üçün ilk təhlükəsiz qəbiristanlığı açılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bura yalnız ekoloji cəhətdən təmiz dəfnlər üçün nəzərdə tutulub: məzar daşları olmadan tamamilə bioloji olaraq parçalanan tabutlar.

Ərazidə qəbirlər arasında asfaltlanmış yollar və sərhədlər yoxdur, yalnız taxta skamyalar və lövhələr var. Mərhumun xatirəsini yad etmək üçün qohumlar və ya dostlar ərazidə olan albalı ağaclarından birinə onun adı yazılmış bir quş yuvası asa bilərlər.

Yeni qəbiristanlıqdakı yerlər satılmır, onlar 25 il müddətinə kirayəyə götürülə bilər - layihənin yaradıcılarının hesablamalarına görə, bu müddət ərzində insan bədəni tamamilə təbiətlə birləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.