Maraqlı

Allahın ən yaxşı zikri – təsbihdir

23 Sentyabr 2021 22:35
0 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin". ("Əhzab" 41-42).

Allahı yada salmaq ancaq dildə olmur, hər bir fikir, əməl və hərəkət Allah razılığına səbəb olarsa, Allahın zikri sayılar.

Quran Allahın zikri üçün bərəkətlər bəyan etmiş və bu zikrlərdən birinin namaz olduğunu bildirmişdir. "Namazı Məni anmaq üçün qıl!". ("Taha" 14).

Allahı zikr etmək qəbləri rahatladar. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).

Allahın zikri insanı xoşbəxt edər. "Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik". ("Taha" 124).

Hədislərimizin bir çoxunun nəzərinə görə, Allahı zikr etmək deyildikdə, Həzrət Zəhranın (s.ə) təsbihi nəzərdə tutulur. (Həvzəh)

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin zakir dili olar, ona dünyanın və axirətin xeyiri əta olunar".

İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin həddi vardır, Allah zikrindən başqa".

Hədislərimiz deyir ki, insan qəlbi də dəmir kimi paslana bilir və ancaq Allah zikri ilə bu pası aradan aparmaq olar.

Ona görə də deyə bilərik ki, Allahın zikri ancaq o deyildir ki, dildə deyilsin. İnsan əgər halal və harama riayət edərsə və bu zaman Allahı yada salarsa, günah edən zaman Allahı yada salarsa - o zaman zikr öz həqiqi mənasına çatar.

Yuxarıdakı ayədən çıxardığımız nəticələr:

1. Allahın zikri insana o zaman təsir edir ki, davamlı və çox olsun.

2. Allahın ən yaxşı zikri - təsbihdir.

3. Günün əvvəlini və axırını Allaha zikr edərək başlayıb, başa vuraq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.