Uşaqlarda QURD xəstəliklərinin müalicəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həkimlərin müşahidələrinə görə, kiçik yaşında olan uşaqların, demək olar, 100%-i parazitlərlərə yoluxur.
Böyüklər arasında da parazitar xəstəliklərə tez-tez rast gəlmək olur. Lakin böyüklərlə müqayisədə qurdlar uşaqların sağlamlığına daha ciddi zərbə vurur. Bu səbəbdən uşaqlar ildə bir neçə dəfə bu xəstəliklərə yoxlanmalı və lazım olduqda müalicə almalıdırlar.
Antihelmint ("helmint" - qurd deməkdir) preparatları həkim təyin etdiyi dozalarda təhlükəsizdir.
Saglamolun.az bildirir ki, həkimlərin ümumi fikirinə görə, kompleks şəklində aparılan antihelmint müalicə uşaqlara daha yaxşı təsir edir. Bu o deməkdir ki, uşağa 1 preparat yox, müəyyən fasilələrlə 2 hətta 3 preparat təyin olunur. Misal üçün, əvvəl gündə 1 dəfə olmaqla 1 gün ərzində 2,5 mqr/kq "Dekaris", sonra 3 gün fasilə, daha sonra 3 gün ərzində 50-100 mqr "Vermoks" (istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin!).
Antihelmint preparatların istifadəsi üçün, demək olar, əks-göstərişlər yoxdur. Ağır sinir sistemi xəstəlikləri, şişlər və qan xəstəlikləri olan uşaqlar istisnadır. Bu uşaqlara qurdlar əleyhinə müalicə hər uşaq üçün fərdi şəkildə və yalnız uşağın əsas xəstəliyini müalicə edən həkimlə məsləhətləşdikdən sonra təyin olunur.
Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz antihelmint preparatlarının siyahısını tərtib edib. Bu siyahıya levamizol, mebendazol, pirantel və albendazol daxildir. Tərkbində bu maddələr olan preparatların adları müxtəlif ola bilər. Misal üçün, "Dekaris" (levamizol), "Vermoks" (mebendazol) və s.
Parazitlər preparatlar təsirindən parçalandıqda uşaqda ishal, qarnında qısamüddətli ağrılar, hərarətin bir qədər yüksəlməsi, ağız boşluğunda xoşagəlməz hisslər və s. yanaşı təsirlər inkişaf edə bilər. Bu halda uşağa sorbent preparatları (aktivləşdirilmiş kömür, "Laktofiltrum" preparatı və s.) təyin edilir. Nəzərinizə çatdıraq ki, belə yanaşı təsirlərlə kifayyət qədər nadir hallarda üzləşmək olur.
Əgər uşaqda və ya ailənin digər üzvündə biz qurdu aşkar olunubsa, bütün ailə üzvləri müalicə olunmalıdır. Bundan əlavə evdə olan bütün səthlər yaxşı təmizlənməlidir (suya hər hansı gigiyenik vasitə əlavə etmək lazımdır), yataq ağları və bütün ailə üzvlərinin alt paltarları qaynanmalı və iki tərəfdən qaynar ütü ilə ütülənməlidir. Askaridlərin aşkar olunması belə tədbirlərin görülməsini tələb etmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"
-
İstanbuldakı nəhəng göydələn vahimə yaradır - VİDEO
-
“Şəbnəm Tovuzlu, Damla, Kəmalə Günəşli... Bunlar oxuyan deyil, nöqtə!"
-
"Liverpul" yeni baş məşqçisini TAPDI
-
Əməkdar artist üzündəki dəyişikliyin sirrini AÇIQLADI
-
Tanınmış xanəndə dəbdəbəli bağ evini GÖSTƏRDİ - VİDEO
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"
-
Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb





