Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər özünü göstərir:
- baş ağrıları
- baş gicəllənmə
- süstlük
- ürəkbulanma
- öyümə
- qusma
- ödemlər
- pozulmuş sidik ifrazı.
Bunlardan başqa böyrək çatışmazlığı xəstənin daxili orqanlarında da bəzi patoloji əlamətlərlə özünü biruzə verir:
Tənəffüs orqanları:
Xəstələrdə təngnəfəslik və asidoz özünü göstərir. Ağciyərlərdə azot mübadiləsinin son məhsulları yığılır və durğunluq əmələ gəlir ki, bu da ağır dəyişikliklərə səbəb olur. Rentgenoqrammada ağciyərlərin kökündə kəpənək qanadlarına oxşayan kölgə görünür ki, bu da uremik ağciyər adlanır. Xəstəliyin ağır hallarında plevraya su yığılır, bəzi xəstələrdə pnevmoniya inkişaf edir.
Ürək.
Böyrək çatışmazlığı zamanı ürəyin vəziyyəti arterial təzyiqin səviyyəsindən asılı olur. Böyrək çatışmazlığı xəstələrində arterial təzyiq digər xəstəliklər zamanı baş verən təzyiqdən ağır formada olur. Bunun nəticəsində ürək əzələsinin hipertrofiyalaşması baş verir ki, bu da miokardın distrofiyası və ürək ritminin pozulmasına səbəb olur. İlk əvvəllər ürəkdöyünmə, təngnəfəslik və ürək astması baş verir. Tədricən ürək səbəbli qaraciyər böyüyür və ayaqlarda ödemlər əmələ gəlir. Belə xəstələr ən çox ürək çatışmazlığından ölürlər. Xroniki böyrək çatışmazlığı xəstələrində perikardit əmələ gəlir ki, bu da hemodializlə müalicə olunmadıqda 2-3 həftə ərzində xəstənin ölümünə səbəb olur.
Mədə-bağırsaq sistemi.
Xroniki böyrək çatışmazlığı xəstələrində stomatit, parotit, qastrit, enterit, kolit və uremik psevdoperitonit müşahidə olunur. Xəstələrin dili quru, üstü qəhvəyi ərplə örtülmüş olur. Ürəkbulanma, qusma, iştahsızlıq, ağızda pis qoxunun olması belə xəstələr üçün xarakterik sayılır.
Sümük-oynaq sistemi.
Kalsium-fosfor mübadiləsinin pozulması nəticəsində böyrək çatışmazlığı xəstələrinin sümük-oynaq sistemində ağır dəyişikliklər baş verir. D vitamininin büzüşmüş böyrəklərdə aktiv formaya keçə bilməməsi nəticəsində kalsiumun bağirsaqlardan qana sorulması prosesi pozulur. Xroniki böyrək çatışmazlığı zamanı mədə-bağırsaq sistemi vəziləri bədəndəki zəhərlənməni aradan qaldırmaq məqsədilə çoxlu miqdarda azot mübadiləsinin son məhsullarını ifraz edirlər. Bu da mədə-bağırsaq sistemi üzvlərinin selikli qişalarının zədələnməsinə səbəb olur.
Sinir sistemi.
Böyrək çatışmazlığı xəstələrinin sinir sistemində və psixi fəaliyyətində baş verən dəyişikliklər hıçqırma, hipotermiya, əzələdə qıcolmalar, psevdotetaniya, süstlük, yuxululuq, koma şəklində təzahür edir.
Dəri.
Xroniki böyrək çatışmazlığı xəstələrinin dərisinin rəngi avazımış, sarımtıl, yaxud qəhvəyi torpaq rəngində quru və elastikliyini itirmiş olur. Dərid qaşınmalar baş verir ki, bu da dəridə dırnaq cızması izlərinin olmasına səbəb olur. Bəzən dəridə müxtəlif yaralara, allergik səpgilərə rast gəlmək olur.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti
7 Sentyabr 2021 22:15
0 Şərh
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paytaxtın bu ərazisində güzəştli mənzillər satışa çıxarılır
-
Nəriman Həsənzadənin SON DURUMU
-
Bakıda su xətti partladı: Küçəni sel apardı! - FOTOlar
-
Lerikdə özlərini "meyvə satıcısı" kimi tanıdan narkokuryerlər saxlanıldı
-
IDEA məktəblilər üçün Eko-park İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib - FOTO
-
Bakıda çiskin olacaq, dağlara qar yağacaq
-
Bəy toy gecəsi öldü
-
"Rusiya və Ukrayna müharibənin bitməsini istəyir”
-
Rusiya 21 Ukrayna dronunu vurdu
-
Berenin gəlinliyi də yanıb, kül olub
-
Kəlbəcərdəki yanğın davam edir - VİDEO
-
İrəvanda güclü partlayış oldu - Yaralananlar var - VİDEO
-
Telefonumuza nəzarət olduğunu göstərən əlamətlər - nə etməliyik?
-
Partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ
-
Qum, neft və 700 milyard: niyə pullar BƏƏ-ni seçir
-
Həyət evləri bahalaşacaq? - AÇIQLAMA
-
Səfərbərliyin 9 əməkdaşı işdən çıxarıldı
-
Əli Kərimlinin nədə ittiham olunduğu bilindi
-
Prezident: Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
-
Prezident Nikuşor Dananı təbrik etdi
-
Çəkilişləri başlamadan serialdan ayrıldı
-
Nazirlər Kabineti pensiyalarla bağlı dəyişiklik etdi
-
"Türkiyədə Rusiyaya məxsus tankerləri Ukrayna vurub"
-
“Ramiz Mehdiyev işi"ndə Əli Kərimli epizodu üzrə son detallar bəlli oldu - FOTO





