Maraqlı

Çip defisitinə görə “Toyota” istehsalı kəskin azaldır

24 Avqust 2021 22:55
0 Şərh     Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət çip çatışmamazlığına görə sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək.

İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neçə zavodda istehsal xətləri dayandırılacaq. Şimali Amerika, Çin və Avropada isə istehsal böyük ehtimalla 10 minlərlə ədəd azalacaq.

Bu xəbər fonunda "Toyota"nın səhmləri 4,7 % ucuzlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.