Maraqlı

İnsana bənzər Atlas robotu parkur hərəkətlərini öyrənib - VİDEO

26 Avqust 2021 21:10
0 Şərh     Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Öz robot modelləri ilə məşhur olan Boston Dynamics şirkəti insana bənzər Atlas robotunun yeni imkanlarını sərgiləyən videonu təqdim edib. Belə ki, şirkət sözügedən robota parkur hərəkətlərinin yerinə yetirilməsini öyrədib. Təqdim edilmiş videoda 2 Atlas robotu əks olunub və onların yerinə yetirdikləri parkur hərəkətləri Boston Dynamics şirkətinin robotları inkişaf etdirmək məsələsində necə irəli getdiyini göstərir. Sözügedən videoda olan Atlas robotları ani dönüşlər edir və bir maneədən digərinə tullanırlar. Bütün bu hərəkətləri edən zaman isə robotlar hətta ən qəliz anlarda belə tarazlıqlarını saxlaya biliblər.

Videonun sonunda isə robotlar arxa-arxaya salto vurublar. Bütün hərəkətlər robotlar tərəfindən fərdi şəkildə reallaşdırılıb. Yəni həmin hərəkətlər öncədən proqramlaşdırılmayıb. Şirkətin verdiyi məlumata əsasən videodakı robotlar gördükləri vəziyyətdən asılı olaraq öz davranışlarını adaptasiya ediblər. Boston Dynamics mühəndisləri həmçinin onu da qeyd ediblər ki, onlar robotların davranışları məsələsində elə bir səviyyəyə çatıblar ki, robotlar maneələrdən ibarət mühiti qiymətləndirə və nəzərdə tutulmuş hərəkətləri təyin edə bilirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.