Astronomlar: Saturnun nüvəsinin dəqiq müəyyən edilmiş sərhədi yoxdur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astronomlar Saturn halqalarının seysmik titrəyişlərini izləyərək bu qənaətə gəliblər ki, onun nüvəsinin dəqiq sərhədi yoxdur. Bu, Yupiter üçün də xarakterikdir. Bu kəşf Saturnun təkinin qeyri-adi dərəcədə böyük miqdarda istilik hasil etdiyini aydınlaşdırıb. Tədqiqatın nəticələri "Nature Astronomy" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Cassini" cihazlarının köməyilə əldə olunmuş ölçmələri Saturnun nüvəsinin planetin radiusundan 60 faiz uzandığı halda izah etmək olar və o, dəqiq sərhədə malik deyil. Bu cür quruluş Saturnun təkinin qeyri-adi dərəcədə böyük miqdarda istilik yaratmasının səbəbini izah edir.
Yupiter, Saturn və Günəş sisteminin digər nəhəng planetləri əsasən hidrogen və heliumdan, habelə müxtəlif karbohidrogenlər, ammonyak, su və digər sadə quruluşlu maddələrdən ibarətdir. Bu planetlərin aydın şəkildə xüsusi nüvəsinin olub-olmaması, onun hansı tərkibə və xüsusiyyətlərə malik olması alimləri çoxdan düşündürür.
Keçən onilliyin ortasında Yupiter sisteminə daxil olmuş "Juno" zondunun köməyilə aparılmış ilk ölçmələr Günəş sisteminin ən nəhəng planetində nüvənin mövcudluğunu göstərib. Eyni zamanda, alimlər nüvənin qeyri-dəqiq sərhədə və son dərəcə qeyri-adi struktura malik olmasına dair sübutlar tapıblar.
Yupiterin təkinin bu cür quruluşu planetoloqlar üçün gözlənilməz oldu, çünki onlar nüvənin metallik hidrogen təbəqəsi ilə örtülmüş sferik və daşlı cisim formasında olduğunu güman edirdilər. Kaliforniya Texnologiya İnstitutunun professoru Jim Fullerin rəhbərliyi ilə bir qrup planetoloq nüvənin bu cür qeyri-adi strukturunun Günəş sisteminin ikinci böyük planeti Saturn üçün də xarakterik olduğunu kəşf edib.
Planetoloqlar "Cassini" zondunun Saturn halqalarının quruluşunu və xüsusiyyətlərini müşahidə edən zaman topladığı məlumatları analiz edərək bu qənaətə gəliblər. Alimlərin izah etdiklərinə görə, Saturn halqaları daim bir-biri, qonşu peyklər və nəhəng planetin özü ilə qarşılıqlı təsirdə olur. Bu proseslər müxtəlif növ seysmik dalğalar doğurur. Həmin dalğalar halqalar boyunca səyahət edir və onların görkəmini nəzərəçarpacaq dərəcədə dəyişir ki, "Cassini" zondu bunun dəfələrlə şahidi olub.
Bu titrəyişləri təhlil edən professor Fuller və onun həmkarlarının fikrincə, onlardan nəinki Saturnun bizim görmədiyimiz mikropeyklərinin axtarışı üçün, həmçinin nəhəng planetin nüvəsinin və mantiyasının xüsusiyyətlərinin onun halqalarla qravitasiya qarşılıqlı əlaqələrinin xarakterinə necə təsir etdiyini qiymətləndirmək üçün istifadə etmək olar. Belə təsəvvürlərə əsaslanan planetoloqlar Saturnun təkinin kompüter modelini yaratmağa cəhd göstəriblər ki, bu "Cassini"nin topladığı müvafiq məlumatları təkrarlaya bilər.
Hesablamalar gözlənilmədən göstərdi ki, Saturnun nüvəsinin xüsusi dəqiq sərhədi yoxdur, eyni zamanda, kütləsi və ölçüsü kifayət qədər böyükdür. Bu baxımdan o, Yerdən 55 dəfə böyükdür və 35 min kilometr radiusa malikdir.
Fuller və onun həmkarları qeyd edirlər ki, Saturnun nüvəsinin belə quruluşu bu planetin eyni vaxtda bir neçə qeyri-adi xüsusiyyətini, o cümlədən onun təkinin doğurduğu anomal səviyyədə böyük miqdarda istiliyi, habelə qaz nəhənginin daxilində materiya axını hərəkətinin xarakterindəki bəzi xüsusiyyətlərini izah edir.
Yupiter və Saturn nüvələrinin oxşar təbiəti qaz nəhənglərinin yaranmasına dair ümumi qəbul edilmiş nəzəriyyələrin bu planetlərin quruluş xüsusiyyətlərinin hamısını izah etmədiyini göstərir.
Planetoloqların fikrincə, gələcəkdə Yupiterin növbəti tədqiqi və Saturna yeni missiyaların göndərilməsi bu çatışmazlığı aradan qaldıracaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Kurtua klub sahibi oldu
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
XƏBƏR LENTİ
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI
-
Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür





