Maraqlı

Həzrət Adəmdən (ə) əvvəl insanlar olubdurmu?

17 Avqust 2021 22:10
0 Şərh     Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bəzi hədislər bizə Həzrət Adəmdən (ə) əvvəl yaşayan insanlar barəsində məlumat verir. Belə ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Yəqin ki, siz güman edirsiniz ki, Allah Təala sizdən başqa bəşər yaratmamışdır. Xeyr, belə deyildir. Bəlkə minlərlə insan yaratmışdır ki, siz onların axırıncı nəslisiniz".

İmam Baqir (ə) buyurur: "Allah Təala yeri yaradan zaman onda yeddi aləm xəlq etmişdir ki, o aləmlərdən heç biri Adəmin (ə) nəslindən olmamışdır. Allah Təala onların hamısını yer üzündə xəlq etmişdir və bir nəsli o biri nəsildən sonra icad etmişdir. Bir aləmdən sonra başqa aləmi yaratmışdır, ta axıra qədər ki, Adəmi (ə) xəlq etmişdir".

Həzrət Əli (ə) buyurur: "O zaman ki, Allah Təala iradə edir ki, Öz qüdrəti ilə məxluq xəlq etsin, bu məsələ cin ilə nasnasın xəlqindən yeddi min il sonra yer üzündə olmuşdur. O zaman Allah səmanın təbəqələrindəki pərdələri götürdü və mələklərə buyurdu: "Yerə baxın və cindən, insdən olan onun əhlini görün". O zaman ki, baxdılar, onların günah əməllərini gördülər və onlar üçün çox çətin oldu. O zaman dedilər: "Allahım! Sən əziz və qadirsən. Onlar Sənin zəif xəlqindir ki, Sənin ruzinlə yaşayırlar. Ancaq Sənə itaətsizlik və günah edirlər. Sən onlardan intiqam almırsan".

Allah onların sözünü eşidən zaman buyurdu: "Mən istəyirəm ki, yer üzərində canişin qərar verəm ki, Mənim yer üzərindəki hüccətim olsun".

Mələklər deyirlər: "Sən ondan paksan ki, yer üzündə elə bir mövcud yaradasan ki, cinlər kimi fəsad törətsinlər və qan töksünlər. Ona görə də bu xəlifəni bizdən qərar ver, çünki biz Sənə itaətsizlik və günah etməmişik və Səni sitayişlə təsbih edirik".

Bu zaman Allah Təala buyurur: "Həqiqətən, Mən elə şeyi bilirəm ki, siz bilmirsiniz. İradə etmişəm ki, Öz qüdrətli əlimlə elə bir xəlq yaradam ki, onun zürriyyəsindən hidayət olmuş peyğəmbərlər, imamlar, saleh bəndələr qərar verəm. Onları yer üzərində olan xəlqimə canişin qərar verəm. Yer üzünü nasnasdan pak edəm və üsyankar cinləri havada və torpağın qatlarında sakin edəm. Onlarla xəlqim arasında hicab (pərdələr) qərar verəm"". 

Bunu qeyd etmək lazımdır ki, Həzrət Adəm (ə) yeni nəslin xəlqindən idi və əvvəlki xəlqlərlə heç bir əlaqəsi olmamışdır. O, Quranın da buyurduğu kimi, torpaqdan xəlq olmuşdur

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.