Maraqlı

Türkiyədə dünyanın ən böyük canlı balıqdaşıma gəmisi inşa olunur

8 Avqust 2021 19:25
0 Şərh     Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Norveç şirkətinin sifarişi ilə dünyanın ən böyük canlı balıqdaşıma gəmisinin inşası işlərinə başlanılıb.

Gəmiyə ilk qaynağı vuran isə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank olub.

O, bu barədə sosial media hesabında paylaşım edib.

Nazir gəminin Yalovadakı "Cemre" tərsanəsində hazırlandığını da bildirib.

Qeyd edək ki, gəminin uzunluğu 110 metr, tutumu 8 min kubmetr, çəkisi isə 12 min ton olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.