Maraqlı

Koronavirus digər xəstəlikləri “unutdurub”

25 İyul 2021 20:45
0 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın başı koronovirusla mübarizəyə qarışıb, təhlükəli olan digər xəstəliklər haqqında unudub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının hesabatında yer alıb.
Məlumata görə, son bir il ərzində uşaqların qızılca, göy öskürək və digər xəstəliklərə qarşı vaksinasiya tempi azalıb.

Belə ki, keçən il ərzində əsas xəstəliklərə qarşı 23 milyon uşaq immunizasiyadan keçməyib. 17 milyon uşaq isə indiyə qədər heç bir vaksin qəbul etməyib. Qızılcaya qarşı peyvənd olunmayanların sayı 3 milyon nəfər artaraq, 22,3 milyon nəfərə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.