Maraqlı

“Oğlan olmayana kimi dayanmayacağıq” - 14 qız anası

23 İyul 2021 10:40
3 Şərh     Baxış: 2 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14 qız sahibi 29 yaşlı Latın Amerikalı Avqustina İqera əri Xoseyə oğlan uşağı verənə kimi hamilə qalıb doğmağı qarşısına məqsəd qoyub.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, qadın bundan sonra 10 dənə də qızı olsa, oğlan olmayana kimi dayanmayacağını bildirir.

Hazırda 14 uşağı olan ailə gündə cəmi 3 saat yatır, qalan saatları uşaqlara sərf edir. Ana uşaqlara gündə 9 dəfə yemək hazırlayır.

Böyük qızlarının 14 yaşı var, kiçik qızları 6 aylıqdır.

Uşaqlardan 4-ü əvvəlki nikahdan, 10-u isə ikinci əri Xose ilə nikahındandır. Avqustina ilk dəfə 15 yaşında hamilə qalıb.

Həkimlər cütlüyün aktivliyindən heyrətə düşüb, onların 3 dəfə əkizləri olub.

Cütlük hələ də oğlan arzusundadırlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.