Maraqlı

Bəziləri deyir ki, dua etmək Allahın istəyinə qarşı çıxmaqdır...

19 İyun 2021 23:20
Baxış: 798

Dua bəndə ilə Allah arasında bir növ söhbət adlandırıla bilər. Hədislərdən məlum olur ki, Allah, bəndələrin Ona dua etmələrini sevir. Ayə və hədislərdə müsəlmanlara tövsiyə edilir ki, Allaha dua etsinlər və öz ehtiyaclarını Ondan istəsinlər. Məsumlarımız çox dua etmiş və yaxınlarına da bunu buyurmuşlar. Əlbəttə, dua zamanı istənilən mətləbin halal olması və Allahın razılığına uyğun gəlməsi də şərtdir. Dünyada baş verən hadisələrin ilahi qəza və qədərə tabe olduğu şübhəsizdir. Lakin insan öz taleyini öz əməlləri və duaları ilə qismən dəyişə də bilər. Bəzi bəlalar məhz səmimi dua vasitəsilə uzaqlaşır. Ona görə də duanın ilahi istəyə qarşı olduğunu düşünmək yanlışdır. Bəzi övliyaların dua etməyi bəyənmədikləri və Allahdan gələn hər əmrə razı olduqlarını söyləmələri rəvayət edilib. Amma bu kimi sözlər onların mənəvi halları ilə bağlı olmuş və onların düşüncə tərzindən qaynaqlanmışdır. Bu kimi hallar az olmuşdur və İslam dininin göstərişi sayıla bilməz.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.